
"Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: Yeni yanaşmalar və perspektivlər" mövzusunda tədbir keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" mövzusunda tədbir keçirilib.
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" mövzusunda tədbir keçirilib.
Gundem.today xəbər verir ki, tədbirdə DİM-in sədri Məleykə Abbaszadə, xarici dil fənləri üzrə ekspertlər və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin qabaqcıl xarici dil müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Məleykə Abbaszadə qurumun Dövlət dili və xarici dillər üzrə şöbəsi ilə əməkdaşlıq çərçivəsində göstərdikləri peşəkar fəaliyyətə və qiymətləndirmə prosesinə verdikləri töhfələrə görə ekspertləri fəxri fərmanla təltif edib.
Sədr xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelinin daha əvvəl ictimaiyyətə təqdim olunduğunu xatırladıb və yeni yanaşmanın əsas məqsədinin şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçmək olduğunu qeyd edib. M.Abbaszadə xarici dillərin qiymətləndirilməsi sahəsində son illərdə görülmüş işlər, mühüm islahatlar haqqında məlumat verib və qiymətləndirmə alətlərinin CEFR standartlarına uyğunlaşdırıldığını deyib. Sədr yeni imtahan modelinin müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacağını vurğulayıb. M.Abbaszadə dəyişikliklərin ictimaiyyətin daha geniş kütlələrinə çatdırılması məqsədilə regionlarda da analoji tədbirlərin təşkil olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Daha sonra DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva tədbirdə iştirak edən müəllimlərə tam orta təhsil səviyyəsi üzrə xarici dil fənni üzrə qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən dəyişikliklər, ölçmə meyarları, həmçinin pilot imtahanın nəticələri haqqında ətraflı məlumat verib. K.Hacıyeva qeyd edib ki, tam orta təhsil səviyyəsi üzrə təkmilləşdirilmiş imtahan modeli üçün həyata keçirilmiş pilot layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin müxtəlif məktəblərindən ümumilikdə 858 şagirdin iştirakı ilə aparılan sınaqlar bu modelin praktik tətbiqi və qiymətləndirmə meyarlarının effektivliyini təhlil etməyə imkan verib. "Nəticələr göstərir ki, yeni yanaşma şagirdlərin dil bacarıqlarını daha kompleks və real kommunikativ situasiyalara uyğun şəkildə ölçməyə şərait yaradır", - deyə K.Hacıyeva bildirib.
Dövlət dili və xarici dillər üzrə şöbənin əməkdaşı Nəzrin Kərimova isə yeni modelin əvvəlki illə müqayisədə əsas fərqlərini izah edib və onun CEFR tələblərinə uyğunlaşdırıldığını vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBuraxılış imtahanlarında YENİLİK
"Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar".
CəmiyyətYevlaxda mindən çox abonent qazsız qalacaq
Sabah saat 09:30-dan etibarən Yevlax rayonu Cırdaxan kəndi, Qaçqın şəhərciyi, 210 evlik Yeni yaşayış massivi, İrəvanlı qəsəbəsi, N.Əlizadə, Ceyhun Mustafayev və R.Budaqov küçələrində 1 010 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
CəmiyyətGürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.
CəmiyyətDİM sədrindən xarici dil fənni üzrə dinləməyə dair NARAZILIQLARA REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə xarici dil fənni üzrə dinləmə mərhələsində yaranan narazılıqlara aydınlıq gətirib.