
Vinnitsa dəhşətindən sonra ikinci doğum günüm
Biz ora çatanda hava zərbələri dayansa da, ərazi hələ də tüstü içində idi.
Biz ora çatanda hava zərbələri dayansa da, ərazi hələ də tüstü içində idi.
Biz deyəndə, mən və bir də Polşadan iki jurnalist.
Vinnitsada idik. Bura Ukraynanın Roması adlanır. Çünki qərb istiqamətinə gedən bütün yollar buradan keçir.
Bəlkə də bu səbəbdən idi ki, müharibənin ilk həftəsində Rusiya ordusu Moldova sərhədində yerləşən Vinnitsa vilayətinə daha çox hücum edirdi. Vinnitsanın ilk olaraq aeroportunu vurmuşdular. Belarus ərazisindən atılırdı.
Biz ora çatana qədər dayanmadan zərbələr endirirdilər. Təqdim etdiyimiz sənədlərə baxmayaraq, Ukrayna yerli hakimiyyəti bizi bura çox ehtiyatla buraxırdı. Hətta müharibədən əvvəl Vinnitsa vilayət administrasiyasının rəhbəri Sergey Bozrovu şəxsən tanımağım da rol oynamırdı.
Yanımıza iki təhlükəsizlik zabiti də vermişdilər.
Məhdud şərtlərlə aeroport ərazisində çəkiliş edib geri qayıtdıq. Aeroportun çıxışına çatanda, lövhənin yanında "stund up" etmək istəyirdim. Bura, Vinnitsa şəhərinə gedən yolun hava limanı yolu ilə kəsişməsi idi. Aeroportdan bura cəmi üç kilometrlik yolda iki blok-post keçib qayıtmışdıq. Yəni iki dəfə yoxlamışdılar artıq. Qəfil müharibənin xaosu elə vəziyyət yaratmışdı ki, postlarda bizdən çox yanımızda olan təhlükəsizlik zabitlərini yoxlayırdılar.
"Stund up" edən zaman yanımızdan tək-tük maşınlar keçirdi. Bəziləri şüşələri endirib narahat baxışlarını bizdən gizlətmirdilər. Cəmi kilometrliyimizdə Ukrayna Milli Qvardiyasının postu, yanımızda da hərbi geyimdə Ukrayna Təhlükəsizlik Xidmətinin zabitləri var idi.
Polşalı jurnalistlər buradan Odessaya getmək qərarına gəldilər.
Mən isə bu iki zabitlə beş kilometrlik məsafədə qalan Vinnitsa şəhərinə qayıdıb, səhəri geri, Kiyevə getməyi planlaşdırırdım.
Vinnitsaya doğru yola düşüb, təxminən bir-iki kilometr getmişdik ki, gəldiyimiz boş yolda qarşımızda avtomobillərdən ibarət tıxacla üzləşdik. Düşündüm ki, qarşıda blok-post var. "Necə səbirlə yoxlayırlar... Yəqin buna görə növbə yaranıb", - deyə səbrimi sıxmağa çalışdım. Qəfildən qarşımızdakı maşınların arası ilə bizə doğru qaçaraq, havaya atəş açan bir neçə polis gördüm. Onlar bağıra-bağıra maşından düşməyimizi əmr edirdilər. Gözlənilməz olduğu üçün çaşıb qalmışdım. Amma özümdən asılı olmayaraq, yanımdakı zabitlərlə eyni anda maşından düşüb yerə uzanıb, əllərimi başımın arxasına keçirdim. Buna baxmayaraq, polislər sakitləşmək bilmirdilər. Başıma avtomat dirəmişdilər. Tez-tez "tərpənmə! tərpənmə!", - deyə əmr edirdilər.
Mənimlə birgə yerə uzatdıqları iki təhlükəsizlik zabitinin, "svoi, svoi (özümüzünkülərik)", - deyə onların yerli və hətta hərbçi olmalarını bildirməyə cəhd etmələri, polisləri daha da qızışdırırdı. Sanki sübuta ehtiyac olmayan qatı cinayətkar yaxalamışdılar. Elə bu an sağımda və solumda dalbadal açılan atəş az qala qulaqlarımı batırdı. Başımın üstündəki polis yanımda uzanan zabitə kobudluq edərkən, təsadüfən əli tətiyə toxunmuşdu. Amma xoşbəxtlikdən gilizlər yanımda uzanan zabitlə aramıza dəymişdi. Şok vəziyyətindəydim, nə baş verdiyini qavraya bilmirdim. Özümə gələndə yaxamdakı, sinəmin altından akkreditasiya və media kartını çıxararaq yuxarı qaldırıb "jurnalistəm!" deyə qışqırdım. Bu, az qala bizi öldürən polislərin emosiyasına su tökdü. Başım aşağı idi. Amma kimsə əlimdən kartı alıb "çevrilmə!" deyə əmr etdi. Sakitlik çökdü. 2-3 dəqiqə keçməmiş biri arxadan qolumdan tutub məni qaldırdı. Ardınca o biri zabitləri də qaldırdılar. Məni qaldıran polis mayoru idi:
- Bunu əvvəldən göstərmək lazım idi. Az qala gülləyə gedəcəkdiniz. Üzrlü sayın, xahiş edirəm. Sizdən əvvəl bizə, buradan keçən bütün maşınlar sizi aeroportu çəkən diversiya qrupları kimi nişan verirdilər.
Dözməyib sözünü kəsdim:
- Yəni bu qədər anarxiyadır? Əvvəla, biz vilayət rəhbərliyinin icazəsi ilə oradayıq. Bütün hüquq-mühafizə orqanları bilməlidirlər ki, xarici jurnalistlər ərazidədirlər. Bütün bunlar bir yana, sizdə postlar arası rabitə yoxdurmu? Aeroporta qədər iki postdan gediş-gəliş olaraq dörd dəfə keçmişik, nə əcəb məlumat verilmir? Bir halda ki, gördünüz silahsızıq, hətta üstümdə mirkrofon da vardı. Açılan güllə yan keçməyib başıma dəysəydi, indi yəqin ki, bunları sizə danışacaq deyildim - o da sözümü kəsib, ətrafa toplaşan mülki insanlar və polislər ilə birgə xeyli üzrxahlıq etsələr də, getdikcə vəziyyəti dərk etdiyimdən artıq əsəblərim dözmürdü.
Vinnitsaya çatanda artıq qaranlıq idi. Həmyerlim Əlişin evində gecələməliydim. Daha doğrusu, Əliş və daha bir həmyerlim ailələrini Azərbaycana göndərib, zirzəmidə gecələyirdilər. Mən çatanda evin zirzəmisində yüngülvari masa açmışdılar. Məni qarşılayıb masa arxasına keçəndə, qədəhlərə içki süzən Əlişin "bayaqdan bilmirik nəyi necə qeyd edək, gəl çıx də..." - atmacasına, "Səbəb var. Bu gün ikinci doğrum günüm yarandı, onu qeyd edək" - cavabını verdim.
Mübariz Aslanov
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
Ani diqqətsizlik, yaxud tıxacda hövsələsizliyiniz sizi 30 manatınızla vidalaşmağa məcbur edə bilər.
Cəmiyyət"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEO
Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.
CəmiyyətXərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.
CəmiyyətGürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEO
Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.