
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İlham Əliyev barədə: "O, ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirdi" - VİDEO
"Prezident İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirib".
"Prezident İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirib".
Gundem.today xəbər verir ki, bu sözləri Mayamidə keçirilən İnvestisiya Forumunda Amerika Birləşmiş Ştatlarının prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev haqqında deyib.
"Qlobal miqyasda xeyli sayda gənc və unikal liderlər mövcuddur. Hesab edirəm ki, onlar bəşəriyyət üçün bir ümid işığıdır. Yeri gəlmişkən, Prezident Tramp bu liderlərin hər biri ilə yaxın münasibətlərə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevi misal göstərmək olar. O, dövlətinin inkişaf istiqamətini əsaslı şəkildə dəyişməyə nail oldu", - deyə Uitkoff vurğulayıb.
"İnanıram ki, Sülh Şurası oxşar dəyərləri paylaşan çox sayda şəxsi bir yerə toplayır", - deyə o əlavə edib.
Uitkoff Azərbaycan rəhbəri ilə yanaşı, Qətər Dövlətinin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun da adlarını xüsusi diqqətə çatdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətQərbi Azərbaycan Xronikası: "Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar" - VİDEO
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
SiyasətYaxın Şərq gərginliyi neft bazarında qaydaları dəyişir: Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq?
"Yaxın Şərqdəki gərginlik və bundan dolayı İranın Hörmüz boğazında müəyyən tankerlərin hərəkətinə qoyduğu məhdudiyyətlər fonunda neft qiymətlərində kəskin artım təbii haldır. ABŞ və İsrailin İranla bağlı hərbi fəaliyyətləri, həmçinin İranın strateji su yolunu bloklama potensialı qlobal tədarük zəncirinə birbaşa təsir göstərir və ölkələr alternativ enerji mənbələrinə yönəlmək məcburiyyətində qalır".
Siyasətİlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışı münasibətilə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik məktubu ünvanlayıb.
SiyasətTrampın İrana 10 günlük möhləti: Sülh şansı, yoxsa hərbi hiylə? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" proqramında ekspertlər və millət vəkilləri Yaxın Şərqdə artan ABŞ-İran gərginliyini, quru müharibəsi ehtimalını təhlil ediblər.