
Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi - VİDEO
Türkiyə rəsmi olaraq "Yıldırımhan" adlı ilk qitələrarası ballistik raketini ictimaiyyətə nümayiş etdirib. Bu hadisə ölkənin strateji gücünün və milli müdafiə sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.
Türkiyə rəsmi olaraq "Yıldırımhan" adlı ilk qitələrarası ballistik raketini ictimaiyyətə nümayiş etdirib. Bu hadisə ölkənin strateji gücünün və milli müdafiə sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.
Gundem.today xəbər verir ki, bu barədə "ensonhaber.com" portalı məlumat yayıb.
Açıqlanan texniki göstəricilərə əsasən, raketin uçuş mənzili 6 000 kilometrə qədərdir, sürəti isə 9-25 Max arasında dəyişir. Dörd mühərriklə təchiz edilən raketdə yanacaq komponenti kimi azot-tetraoksiddən istifadə olunur.
Bununla yanaşı, Türkiyənin "ROKETSAN" şirkəti "TAYFUN" ailəsinin ən böyük və güclü versiyasını - ölkənin ən uzaqmənzilli ballistik raketini hazırlayıb. Bu silahın dəqiq mənzili barədə məlumat verilməsə də, raketin uzunluğunun təqribən 10 metr, çəkisinin isə 7.2 ton olduğu bildirilir. Sürəti hipersəs səviyyəsinə uyğun olaraq 5 Max həddini keçir.
Sistem ilk dəfə "IDEF 2025" sərgisində nümayiş etdirilib. "SAHA 2026" tədbirində isə raket 8x8 təkər formullu mobil buraxılış qurğusunun üzərində təqdim olunub.
Bu cür silahların istehsalı rəsmi Ankaranın artan qlobal və regional çağırışlar fonunda müdafiə qabiliyyətini gücləndirmək, raket texnologiyaları sahəsindəki mövqeyini möhkəmləndirmək niyyətindən xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də direktorun İŞGƏNCƏ CİNAYƏTİ: Şagirdləri bir-birilərini döyməyə məcbur edib
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
DünyaFars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb
ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.
Dünyaİrana qarşı yeni hərbi əməliyyatların təxmini vaxtı açıqlandı
ABŞ Prezidenti Donald Tramp bu həftə ərzində İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı göstəriş verə bilər.
DünyaMəhv edilən İran katerləri silahsız imiş? - ABŞ-dən açıqlama
ABŞ hərbçilərinin məhv etdiyi İran katerlərinin üzərində hər hansı ağır silah olmayıb.