
Bakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTO
"Aprelin 4-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən Bakı və Abşeron yarımadasında aprelin 5-6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 faizinə bərabərdir".
"Aprelin 4-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən Bakı və Abşeron yarımadasında aprelin 5-6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 faizinə bərabərdir".
Gundem.today xəbər verir ki, bu məlumat Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilib.
"Güclü yağışlar nəticəsində paytaxtın müxtəlif ərazilərində subasma halları qeydə alınıb. Xüsusilə kanalizasiya sistemi olmayan Bakıətrafı qəsəbələrdə vəziyyət daha çətin olub. Həmin ərazilərdə kommunal xidmətlərin əməkdaşları xüsusi texnikalar vasitəsilə yağış sularının çəkilməsi istiqamətində işlər aparırlar, zəruri hallarda isə sakinlərin təxliyəsi həyata keçirilir. Ərazilərə su nasosları, xüsusi qurğular və ağır texnikalar cəlb olunub.
Mövcud vəziyyətlə əlaqədar olaraq BŞİH, onun tabeliyində olan qurumlar, eləcə də rayon icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçiblər.
Qeyd olunub ki, aidiyyəti strukturların əməkdaşları fasiləsiz fəaliyyət göstərərək yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
İntensiv yağış ətraf mühitə də təsirsiz ötüşməyib. Aprelin 5-i axşam saatlarından 6-sı səhərədək davam edən yağış və külək nəticəsində ağac aşmaları qeydə alınıb. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları hadisə yerlərinə cəlb olunaraq aşan ağacların ərazilərdən götürülməsini təmin edib.
Hazırda BŞİH-in monitorinq qrupları da ərazilərdə fəaliyyət göstərirlər. Onlar su yığılan və problemli nöqtələri müəyyənləşdirərək aidiyyəti qurumlara operativ məlumatlar təqdim edirlər.
Ümumilikdə, paytaxtda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün bütün məsul qurumlar koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDoqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır
2026-2027-ci tədris ili üzrə "Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayır.
CəmiyyətAzərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.
CəmiyyətVətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir
İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.
CəmiyyətAzərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir
"Yol hərəkəti haqqında" Qanuna operativ nəqliyyat vasitələrinin siyahısı ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.