
"Vilyarreal" klub tarixində ilkə imza atdı
"Vilyarreal" klub tarixində ilk dəfə ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasında iştirak edəcək.
"Vilyarreal" klub tarixində ilk dəfə ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasında iştirak edəcək.
Gundem.today championat.com-a istinadən xəbər verir ki, komanda La Liqanın 34-cü turunda "Levante"ni darmadağın edərək (5:1) Avropanın əsas klub turnirinin ümumi mərhələsinə vəsiqəni təmin edib.
Marselino Toralın komandası 68 xalla turnir cədvəlində 3-cü yeri tutur və 5-ci pillədəki "Real Betis"i 18 xal qabaqlayır. Beləliklə, Kasteyon əyalətinin təmsilçisi gələn mövsüm üçün Çempionlar Liqasında yerini təmin edib.
Qeyd edək ki, cari mövsümdə "Vilyarreal" Çempionlar Liqasının ümumi mərhələsində çıxış etsə də, 8 oyuna cəmi 1 xal toplayaraq turniri 35-ci pillədə başa vurub və pley-offa yüksələ bilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bakı Marafonu 2026"da yarış başa çatdı - FOTO
Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026"da yarış başa çatıb. Bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasında da qaliblərin mükafatlandırılması mərasimi olacaq.
İdmanABŞ-də faciə: İdman komandasının üzvləri təyyarə qəzasında həlak oldular
ABŞ-də piklbol üzrə idman komandasının üzvləri turnirə gedərkən təyyarə qəzası nəticəsində həlak olublar.
İdmanFiniş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"
"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir".
İdman"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO
Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.