Son dəqiqə
ABŞ-də məxfi məlumatları jurnalistə ötürən hərbçi tutulduMəşhur alman aktyor Mario Adorf 95 yaşında vəfat etdiHörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdiQlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturuMəhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi: Qubadakı cinayətin TƏFƏRRÜATI
Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi: Qubadakı cinayətin TƏFƏRRÜATI
Hadisə

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi: Qubadakı cinayətin TƏFƏRRÜATI

Bu gün
17:20
0 baxış
Paylaş:

Qubada 61 yaşlı kişi aptekə silahlı basqın edib.

Qubada 61 yaşlı kişi aptekə silahlı basqın edib.

Gundem.today-ın məlumatına görə, rayonun Xucbala kənd sakini 1961-ci il təvəllüdlü Şabəddin İmanquliyev xəstəliyi ilə əlaqədar xəstəxanaya gedib və müalicə üçün resept yazdırıb. Resepti alan Ş.İmanquliyev xəstəxanadan çıxarkən tanımadığı traktorçu ilə rastlaşıb. Traktor sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb, yaxınlıqdakı obyektlərdən birinə daxil olub. Bundan istifadə edən Şabəddin traktoru hərəkətə gətirərək ərazidən uzaqlaşıb və rayon mərkəzi istiqamətində hərəkət etməyə başlayıb. O, Quba şəhərində polis əməkdaşları tərəfindən saxlanılsa da, onlara tabe olmayıb.

Ş.İmanquliyev traktoru saxlayıb və hadisə yerindən qaçıb. Bir neçə saat polisdən gizlənən Şabəddin yaxınlıqdakı aptekə daxil olub. Şabəddin həkimin yazdığı resepti aptekdə işləyən Rima Mərdanovaya verib, həmin dərmanları istəyib. Aptekçi xanım reseptə uyğun dərmanları toplayıb Şabəddinə versə də, o, həmin dərmanların pulunu ödəməyib. Xanım dərmanların pulunu tələb edəndə isə o, üzərində gəzdirdiyi bıçaqla qadına hücum edib. Həmin vaxt orada olan aptek rəhbəri hadisəyə müdaxilə edib, dərmanların pulunu tələb etsə də, Şabəddin dərmanların pulunu verməyib. O, aptek rəhbərini də bıçaqla hədələyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Ş.İmanquliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ş.İmanquliyev 4 il 2 ay azadlıqdan məhrum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Oğurluq_hadisəsi#Qarət_hadisəsi#Aptekə_basqın#Quba_rayonu

Oxşar Xəbərlər

Cəlilabadda 58 yaşlı kişi qohumu tərəfindən bıçaqlandıHadisə

Cəlilabadda 58 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı

Cəlilabad rayonunda 58 yaşlı kişi bıçaqlanıb.

Bu gün
15:320
Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEOHadisə

Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO

Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib.

Bu gün
14:200
Yük avtomobili ödənişli yolda aşdı - VİDEOHadisə

Yük avtomobili ödənişli yolda aşdı - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda çoxtonnajlı avtomobil aşıb.

Bu gün
13:080
Bakıda moped və motosikletlərin səbəb olduğu AĞIR QƏZALARIN GÖRÜNTÜLƏRİHadisə

Bakıda moped və motosikletlərin səbəb olduğu AĞIR QƏZALARIN GÖRÜNTÜLƏRİ

"Son günlər qeydə alınan yol-nəqliyyat hadisələri bir daha göstərir ki, motosiklet və mopedlə hərəkət zamanı ən kiçik səhv belə ağır nəticələrə gətirib çıxara bilir. Təkcə ötən gün baş verən beş qəzadan üçü bu nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb".

Bu gün
12:401