
Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən etiraf - FOTO
Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.
Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.
Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli mövzu ilə bağlı Gundem.today-a danışıb.
O bildirib ki, zəlzələlərin əvvəlcədən dəqiq proqnozlaşdırılması hazırda mümkün deyil və bu, yalnız Azərbaycanda yox, ümumilikdə dünya elmi üçün açıq qalan məsələdir.
Onun sözlərinə görə, hər hansı seysmik hadisənin daha güclü zəlzələnin xəbərçisi olub-olmadığını da öncədən demək mümkünsüzdür:
"Uzun illərdir ki, bu sahədə araşdırmalar aparılır, lakin konkret nəticə əldə olunmayıb. Bəzən çoxsaylı zəif təkanlardan sonra güclü zəlzələ baş verir, bəzən isə belə olmur. Hətta heç bir xəbərdarlıq olmadan da güclü zəlzələ qeydə alına bilər".
T.Məmmədlinin sözlərinə görə, tarixdə də buna bənzər hallar müşahidə olunub:
"2000-ci illərin əvvəllərində Xəzər dənizində, Abşeronun şimal hissəsində bir neçə gün ərzində 150-yə yaxın seysmik təkan qeydə alınmışdı. Həmin vaxt güclü zəlzələ ehtimalı müzakirə olunsa da, belə bir hadisə baş vermədi. Daha sonra zəlzələ başqa ərazidə qeydə alındı. Bu da göstərir ki, hadisələr arasında birbaşa əlaqə qurmaq mümkün deyil".
Şöbə müdiri vurğulayıb ki, seysmik aktiv zonalarda zəlzələlərin baş verməsi hər zaman gözləniləndir, lakin konkret zaman demək olmur.
Onun sözlərinə görə, Azərbaycan ümumilikdə seysmik baxımdan aktiv zonaya daxildir və Abşeron yarımadasına təsir edən güclü zəlzələlərin ocaqları əsasən Xəzər dənizində yerləşir:
"Zəlzələ baş verəndə təsir yalnız ocaqda qalmır, ətraf ərazilərə də yayılır. Uzaq zonalarda baş verən zəlzələlər belə zəifləyərək Bakı və Abşeronda hiss edilə bilər. Adətən bu təsir 5 bala qədər, bəzi hallarda isə daha yüksək olur".
Tahir Məmmədli əlavə edib ki, son müşahidə olunan aktivliyin əsas səbəbi tektonik proseslərlə bağlıdır:
"Yer qabığında qırılma zonalarında müxtəlif istiqamətli hərəkətlər baş verir. Bu zaman gərginlik toplanır və müəyyən həddə çatdıqda boşalaraq zəlzələ yaradır. Əgər hansısa ərazidə aktiv qırılma zonası yoxdursa, orada güclü zəlzələ ehtimalı da aşağı olur".
O, həmçinin qeyd edib ki, zəlzələlərlə bağlı səsləndirilən bəzi açıqlamalar ehtimallara əsaslanır və qəti proqnoz kimi qəbul olunmamalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİ
"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
CəmiyyətBakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-cı və 17-ci maddələrinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən "NNS Klinika" MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama aparılıb.
CəmiyyətXəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTO
Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.
CəmiyyətAQEM-in baş katibi Qadınlar Şurasının əsas məqsədini AÇIQLADI
"Sülh, inkişaf üçün qadının səsi, rolu güclənməlidir".