
Yaponiya alimlərindən ürəyin qocalması ilə bağlı sensasion kəşf
Yaponiyalı tədqiqatçılar ürəyin yaşlanma prosesini ləngitməyə, eləcə də onu müəyyən qədər bərpa etməyə imkan verən üsul aşkar ediblər.
Yaponiyalı tədqiqatçılar ürəyin yaşlanma prosesini ləngitməyə, eləcə də onu müəyyən qədər bərpa etməyə imkan verən üsul aşkar ediblər.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" agentliyinə Qakuşuin Universiteti Təbiət elmləri fakültəsinin professoru Şigeru Yanaqi təqdim edib.
Yanaqi və onun elmi qrupu təbii berberin elementindən əldə olunan mitorubinin siçan hüceyrələrinə necə təsir göstərdiyini araşdırıblar. Mütəxəssislər müəyyən ediblər ki, bu maddə orqanizmdə enerji hasilatına cavabdeh olan mitoxondrilərin fəaliyyətini əhəmiyyətli dərəcədə artırır.
Professor qeyd edib ki, mitoxondrilər hüceyrələr üçün özünəməxsus "enerji mərkəzi" funksiyasını yerinə yetirir. Lakin insanın yaşı artdıqca bu hissəciklərin sayı azalır və fəaliyyət qabiliyyəti zəifləyir.
Araşdırmalar göstərib ki, mitorubin qocalma ilə əlaqədar miqdarı azalan və "mitoxondrial keyfiyyətə nəzarət sistemi" adlandırılan MITOL molekullarının fəallığını artırır. Bunun nəticəsində maddə eyni zamanda mitoxondrilərin enerji yaratma potensialını da gücləndirir.
Şigeru Yanaqi bildirib ki, eyni zamanda mitoxondrilərin sayı da artır. Bu səbəbdən heyvanlar üzərində aparılan sınaqlar ürək fəaliyyətinin yaşlanma səbəbindən geriləməsini ləngitmək və ya müəyyən qədər bərpa etmək potensialını nümayiş etdirib.
Bununla belə, mövcud nəticələr yalnız heyvanlar üzərində aparılan sınaqlardan əldə olunub. Oxşar təsirin insan orqanizmində də təsdiqlənməsi üçün əlavə klinik tədqiqatlara ehtiyac var.
Yekunda mütəxəssis vurğulayıb ki, mitoxondrilərin fəaliyyətinin zəifləməsi yaşlanma ilə bağlı bir sıra xəstəliklərin yaranmasına səbəb olur və bu tədqiqatın uğurlu nəticələri gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına zəmin yarada bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədən maraqlı görüntülər: İstanbul boğazında delfinlər "rəqs ediblər" - FOTO - VİDEO
Türkiyədə Sarayburnu sahilində, İstanbul boğazının girişində su üzünə çıxan delfinlər möhtəşəm mənzərə nümayiş etdiriblər.
DünyaQlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzə
Dünya qlobal ərzaq böhranı təhlükəsi ilə üz-üzədir.
DünyaKonqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"
ABŞ Konqresinin üzvü Anna Paulina Luna yadplanetli mənşəli olduğu iddia edilən hadisələrlə bağlı mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Dünyaİşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edir
Stokholmda (İsveç) "Google"un "Gemi" bazasında süni intellekt tərəfindən tam idarə olunan kafe açılıb.