Yaponiyada güclü meşə yanğınları: Əhali evakuasiya olundu - VİDEO
Aprelin 22-də Yaponiyanın şimal-şərq hissəsində yerləşən İvate prefekturasının rəhbərliyi iki rayonu əhatə edən meşə yanğınları ilə əlaqədar Otsuçi şəhərindəki 1000-dən artıq sakini təhlükəsiz bölgəyə köçürüb. Alovun yayılmasının qarşısını almaq məqsədilə özünümüdafiə qüvvələrinin dəstələri hadisə yerinə cəlb olunublar.

Gundem.today-ın xəbərinə görə, bu barədə "Kyodo News" agentliyi məlumat yayımlayıb.
Kozuçi ərazisində birinci yanğın yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə 08:50 - red.) qeydə alınıb. Alov qısa müddət ərzində yaxınlıqdakı meşə zolağına və bir neçə tikiliyə keçib. Günorta saatlarında isə təqribən 10 kilometr məsafədə yerləşən Kirikiri rayonunun təpəlik hissəsində daha bir yanğın ocağı yaranıb. Təhlükəli zonadan ümumilikdə 566 ailə evakuasiya edilib.
Hadisə nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə məlumat daxil olmayıb.
Yerli meteorologiya rəsədxanasının proqnozlarına əsasən, qarşıdakı günlərdə Otsuçi bölgəsində güclü küləklərin əsəcəyi gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə güclü partlayışlar qeydə alındı
Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.
DünyaYaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏB
Yaponiyanın Şimali Aomori prefekturasının hakimiyyəti regionda quş qripi epidemiyasının aşkarlanmasından sonra 230 min toyuğun məhv edilməsinə başlayıb.
DünyaABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
DünyaDanimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO
Danimarkada iki qatar toqquşub.