
Yaxın Şərq hadisələri qlobal neft bazarını təhdid edir - Ehtiyatlarda rekord azalma
ABŞ və İsrailin İrana hücumu fonunda Yaxın Şərqdə baş verənlərin təklifi aşağı salması nəticəsində qlobal neft ehtiyatlarında aprel ayında 200 milyon barellik azalma qeydə alınıb. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri müşahidə olunan ən böyük geriləmə hesab olunur.
ABŞ və İsrailin İrana hücumu fonunda Yaxın Şərqdə baş verənlərin təklifi aşağı salması nəticəsində qlobal neft ehtiyatlarında aprel ayında 200 milyon barellik azalma qeydə alınıb. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri müşahidə olunan ən böyük geriləmə hesab olunur.
Gundem.today bildirir ki, bu barədə "Financial Times" qəzeti "S&P Global Energy" analitik şirkətinin məlumatlarına istinadla məqalə hazırlayıb.
Analitik şirkətin məlumatlarında qeyd olunur ki, gündəlik istehlakın təqribən 5 milyon barel aşağı düşməsinə rəğmən apreldə neft ehtiyatları ciddi şəkildə azalıb. Qurumun neft tədqiqatları üzrə rəhbəri Cim Burhard bunun adi səviyyələri xeyli dərəcədə üstələyən nəhəng bir rəqəm olduğunu vurğulayıb. O əlavə edib ki, standart şəraitdə dünya üzrə ehtiyatlar aylıq olaraq bir neçə yüz mindən bir milyon barelədək dəyişir.
Ekspert bildirib ki, ABŞ və İsrailin İrana qarşı mübarizəsi qlobal bazarda 1 milyard barel neft itkisi ilə nəticələnib və təklifdəki azalma yanacağa olan tələbatın enməsindən daha sürətlə baş verir. Burhardın sözlərinə görə, hazırda dünyada təqribən 4 milyard barel neft ehtiyatı mövcuddur, ancaq bu həcmin böyük bir qismi neft emalı müəssisələrinin və boru kəmərlərinin fəaliyyətinin saxlanılmasına yönəldilir.
Bir müddət öncə dünyanın aparıcı investisiya banklarından sayılan "Goldman Sachs" Hörmüz boğazındakı tədarük məhdudiyyətləri ucbatından qlobal neft rezervlərinin son səkkiz ilin ən minimum səviyyəsinə yaxınlaşdığını proqnozlaşdırmışdı. Bankın hesabatına əsasən, anbarlardakı mövcud qlobal neft ehtiyatları cəmi 101 günlük istehlakı qarşılamağa yetərlidir. May ayının sonlarına doğru bu rəqəmin 98 günədək azalması ehtimalı var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də federal işçi Trampı hədələməkdə ittiham olunur
ABŞ-nin Federal Aviasiya Administrasiyasının əməkdaşına Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı hədələdiyi üçün ittiham irəli sürülüb.
DünyaRusiyada qaz sızması: Müəllim və 14 şagird zəhərləndilər
Rusiyanın Omsk vilayətinin Tara şəhərində boru kəməri işləri zamanı qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.
DünyaHörmüz boğazında ticarət gəmilərinə hücumları ABŞ hərbçiləri dəf etdilər
Hörmüz boğazında üzən ABŞ-nin iki ticarət gəmisinin göyərtəsində hərbi qulluqçular yer alıblar.
DünyaABŞ yeni dünya nizamı qurur: İttifaqlar dəyişir, risklər artır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-BMT münasibətlərindən danışılıb.