
ABŞ və İran arasında "müharibədən sonra müharibə" təhlükəsi - VİDEO
Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunan ikihəftəlik atəşkəs ilk baxışdan Yaxın Şərqdə gərginliyi azaltmalı idi.
Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunan ikihəftəlik atəşkəs ilk baxışdan Yaxın Şərqdə gərginliyi azaltmalı idi.
Amma reallıq tam fərqlidir. Çünki bu razılaşmanın mərkəzində yox, kənarında qalan bir ölkə var - Livan.
Və məhz bu məqam sülh prosesini iflic edən əsas faktora çevrilir.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, atəşkəs Livanı əhatə etmir. İsrail də eyni mövqedədir. Amma İran və vasitəçi kimi çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif bunun əksini deyir. Bu ziddiyyət isə diplomatik fikir ayrılığından çox, iki paralel reallıq kimi görünür. Bir tərəf üçün müharibə dayanıb, digər tərəf üçün isə davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətYaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEO
ABŞ ilə İran arasında əldə olunan atəşkəs ilk baxışda müharibənin dayanması kimi görünür. Amma əslində, bu, hələlik yalnız silahların susduğu qısa fasilədir. Çünki tərəflər nə sülhün şərtlərində uzlaşıb, nə də qalibin kim olduğu məsələsində.
SiyasətAzərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEO
Müasir müharibələrin xarakteri köklü şəkildə dəyişib. Artıq döyüş meydanında üstünlük tank və canlı qüvvədən çox, texnologiyanın səviyyəsi ilə müəyyən olunur. Bu dəyişimin mərkəzində isə pilotsuz uçuş aparatları, yəni dronlar dayanır.
SiyasətYaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri - VİDEO
Pakistan görüşü ərəfəsində ABŞ və İran arasında danışıqlar başlasa da, tərəflərin mövqelərindən hələ də müharibənin barıt qoxusu hiss olunur və atəşkəsin kövrək olduğu görünür.
Siyasətİranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"
İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibə verib.