Son dəqiqə
Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndiZəngilanın I yaşayış mərhələsində işlər bitibKeçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"WSJ: "İran Trampın tələbinə boyun əyməyəcək"Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsinə start verilirRusiyada imtahana buraxılmayan şagirddən müəllimə qarşı DƏHŞƏTLİ ƏMƏL - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Yollardakı hər beş avtomobildən biri İSTİFADƏYƏ YARAMIR - Utilizasiyaya hansılar gedir? - FOTOREPORTAJ
Yollardakı hər beş avtomobildən biri İSTİFADƏYƏ YARAMIR - Utilizasiyaya hansılar gedir? - FOTOREPORTAJ
Maraqlı

Yollardakı hər beş avtomobildən biri İSTİFADƏYƏ YARAMIR - Utilizasiyaya hansılar gedir? - FOTOREPORTAJ

Bu gün
11:32
0 baxış
Paylaş:

İstismarda olan avtomobillərin xeyli hissəsi hər il köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür.

İstismarda olan avtomobillərin xeyli hissəsi hər il köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür.

Gundem.today PhotoStock.az-a istinadən bildirir ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Bunu nəzərə alaraq, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb. Həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. "Tullantılar haqqında" Qanuna uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.

Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 3 müvafiq təşkilat reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb. Bakıda yerləşən "Fors" MMC və Abşeron rayonunda yerləşən "Fast Track" MMC tərəfindən həyata keçirilən nəqliyyat vasitələrinin utilizasiyası prosesi köhnə və istifadəyə yararsız avtomobillərin təhlükəsiz şəkildə hissələrə ayrılmasını, yararlı ehtiyat hissələrinin seçilərək istifadəyə yönləndirilməsini, qalan materialların isə təkrar emala verilməsini əhatə edir.

Bu yanaşma resurslardan səmərəli istifadə olunmasına, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına və ətraf mühitə düşən yükün azaldılmasına xidmət edir.

Nəqliyyat vasitələrinin utilizasiya prosesindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#nəqliyyat_vasitələrinin_utilizasiyası#köhnə_avtomobillər#təkrar_emal#yol_hərəkətinin_təhlükəsizliyi#ekoloji_standartlar#Təmiz_Şəhər_ASC#yararsız_maşınların_sökülməsi#avtomobil_utilizatorları.

Oxşar Xəbərlər

İnsan tərində qrip virusunu öldürən molekul tapılıbMaraqlı

İnsan tərində qrip virusunu öldürən molekul tapılıb

İnsan orqanizmində qrip virusuna qarşı mübarizə aparan yeni təbii qoruyucu sistem müəyyən edilib. Beynəlxalq tədqiqatçılar qrupu "dermcidin" adlı antimikrob peptidin infeksiyanı dayandırmaq və virusun yayılmasının qarşısını almaq xüsusiyyətlərini sübuta yetiriblər.

Bu gün
03:442
Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik" - VİDEOMaraqlı

Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik" - VİDEO

Baku TV Hövsan kəndində yaşayan kolleksioner Elnur Kazımovun evindən reportaj hazırlayıb.

Bu gün
20:240
Ürək xəstəliyi riskini ikiqat artıran vərdiş açıqlandıMaraqlı

Ürək xəstəliyi riskini ikiqat artıran vərdiş açıqlandı

Nizamsız yuxu saatları ciddi ürək-damar xəstəlikləri riskini iki dəfə artıra bilər. Bu nəticəyə Finlandiyanın Oulu Universitetinin alimləri gəliblər.

Dünən
07:280
Qvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıbMaraqlı

Qvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıb

Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları Atitlan gölünün dibində batmış maya yaşayış məntəqəsinin mövcudluğunu təsdiqləyiblər. Su altında meydanlar, evlərin bünövrələri və daş abidələr aşkar edilib.

Dünən
05:520