Son dəqiqə
Haitidə ekskursiya zamanı izdihamda onlarla insan ölübPakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcəkMacarıstanda parlament seçkisi keçirilirPremyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edirİran XİN: "ABŞ ilə danışıqlarda iki-üç mühüm mövzuda fikirlər ayrılıb"ABŞ-də texniki səhv qadını zəngin etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"
Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"
Cəmiyyət

Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"

Bu gün
20:45
1 baxış
Paylaş:

"Bakıda su təsərrüfatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri qanunsuz qoşulmalar və mühafizə zonalarında aparılan tikintilərdir".

"Bakıda su təsərrüfatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri qanunsuz qoşulmalar və mühafizə zonalarında aparılan tikintilərdir".

Gundem.today xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, kollektorların və su magistrallarının üzərində tikilən evlər həm mövcud problemlərin yaranmasına səbəb olur, həm də sistemin istismarını çətinləşdirir:

"Qanunsuz qoşulmalar, kollektorların və ya su magistrallarının üzərində tikilmiş evlər bizim üçün həm hazırda müşahidə etdiyimiz problemlərin yaranmasına səbəb olur, həm də ciddi fəsadlar yaradır. Bu hallar həmin xətlərin istismarında böyük çətinliklər yaradır. Amma bu məsələni yalnız su itkisi kimi qiymətləndirməməliyik. Çünki hazırda suyun böyük hissəsi məhz belə qanunsuz qoşulmalar vasitəsilə istifadə olunur və bu, sistemdə ciddi itkilərə səbəb olur. Bunun başqa fəsadları da var. Qanunsuz qoşulmaların olduğu yerlərdə sızmalar baş verə bilər, yaxud borular başqa bir nöqtədə partlaya bilər. Belə hallarda su yerin altı ilə hərəkət edərək tam başqa bir ərazidə üzə çıxır. Biz həmin qoşulmalar barədə məlumatlı olmadığımız üçün problem tam fərqli bir yerdə ortaya çıxır. Halbuki problemin mənbəyi hansısa qanunsuz qoşulma olur".

ADSEA sədri əlavə edib ki, digər ciddi problemlərdən biri də Abşeron yarımadasında mövcud təbii su hövzələri ilə bağlıdır: "Yarımadada 300-dən çox göl var və bu göllər təbii su toplayıcı funksiyası daşıyır. Son 25 ildə quraqlıq dövrlərində bəzi göllər qurudularaq həmin ərazilərdə tikintilər aparılıb və evlər satışa çıxarılıb. İnsanlar isə bu evlərin ucuzluğuna aldanaraq onları alırlar. Lakin güclü yağışlar zamanı həmin ərazilər yenidən su toplayır və nəticədə evlər su altında qalır".

Onun sözlərinə görə, bu cür hallar kollektor sisteminə əlavə yük yaradır və problemlərin zəncirvari şəkildə yayılmasına səbəb olur:

"Məsələn, Keşlədə yaranan problemlərdən biri də məhz bununla bağlıdır. Bir ərazidə yığılan su kollektorlara yönəldilir və nəticədə sistem həddindən artıq yüklənir. Bu isə başqa ərazilərdə də problemlərin yaranmasına gətirib çıxarır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan#Bakı#Zaur_Mikayılov#Təbii_fəlakət#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Azərbaycanda 52 mindən çox şagird buraxılış imtahanı verəcəkCəmiyyət

Azərbaycanda 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Bu gün
09:080
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilərCəmiyyət

Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər

Parkinson xəstəliyi adətən əllərdə titrəmə, hərəkətlərin ləngiməsi, müvazinətin itməsi və yeriməyin çətinləşməsi kimi əsas simptomlarla tanınır. Bununla belə, bu xəstəliyin çox vaxt diqqətdən yayınan spesifik əlamətləri də mövcuddur. Həmin göstəricilərdən biri xəstənin yatarkən başını yataqdan aralı saxlaması ilə özünü göstərən "hava yastığı" sindromudur.

Bu gün
08:310
Xəzər dənizində YENİDƏN zəlzələ olduCəmiyyət

Xəzər dənizində YENİDƏN zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu gün
02:060
Nəqliyyat sektorunda yeni ERA BAŞLAYIR: QƏRARLAR qəbul edilib - VİDEOCəmiyyət

Nəqliyyat sektorunda yeni ERA BAŞLAYIR: QƏRARLAR qəbul edilib - VİDEO

Avtomobilin işıqlandırma sistemi, sükan idarə olunması, eyni zamanda keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsinə qarşı yeni qərar qəbul edilib. Nəqliyyat sektorunda yeni era başlayır.

Bu gün
01:242