
Zelenskidən İrəvanda erməni mediasının təxribat cəhdinə layiqli cavab
Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçirilən səkkizinci toplantısı çərçivəsində Ermənistanda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski təxribatla üzləşib.
Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçirilən səkkizinci toplantısı çərçivəsində Ermənistanda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski təxribatla üzləşib.
Gundem.today xəbər verir ki, hadisə Ukrayna liderinin toplantının keçiriləcəyi Karen Dəmirçyan adına idman-konsert kompleksinə gəldiyi zaman baş verib.
Ukrayna prezidenti girişdə jurnalistlərin suallarını cavablandırıb. Fürsətdən istifadə edən erməni mediası təxribata əl atıb. Erməni jurnalistin guya Azərbaycanın 44 günlük müharibə zamanı Ukrayna tərəfindən verilmiş fosfor bombalarından istifadə etməsi barədə heç bir fakta söykənməyən, böhtan və iftira xarakterli sualına Zelenski layiqli reaksiya verib.
Belə ki, Ukrayna prezidenti məhəl qoymayaraq ərazidən uzaqlaşıb və erməni jurnalistlərin təxribat cəhdini nəticəsiz qoyub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətNews.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"
Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında çıxışı zamanı avropalı deputatların Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə edilməsinə mane olduqlarını bildirib.
Siyasət"Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib.
SiyasətPaşinyan: "2022-ci ildə Azərbaycan prezidenti ilə oyunun gedişini dəyişən qərar qəbul etdik"
"Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişelin təşəbbüsü ilə 2022-ci ildə Praqada keçirilən "Avropa Siyasi Birliyi"nin 1-ci Zirvə toplantısı çərçivəsində Ermənistan baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil edildi. Məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və mən oyunun gedişini dəyişən qərar qəbul etdik".
SiyasətAzərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"
"2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi".