
"Kapital Bank" 2025-ci ildə müştərilərdən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb
"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin oğurlanmasının qarşısını alıb.
"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin oğurlanmasının qarşısını alıb.
Bu barədə bu gün keçirilən mətbuat konfransında bankın baş risk inzibatçısı Ağarza Baxşiyev məlumat verib.
O qeyd edib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb.
O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb.
"Kapital Bank" adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
DigərBir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.
Digər"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.
Digər"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.