Son dəqiqə
"Formula-1"də komanda başçıları nə qədər maaş alırlar? - SİYAHI"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu - FOTOİqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTOİran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endiribŞəkidə 23 mindən çox abonentin qazı kəsiləcəkTrampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. 40-dan artıq ölkə Hörmüzlə bağlı yenə iclas keçirəcək - ABŞ-siz yeni birlik yaranır?
40-dan artıq ölkə Hörmüzlə bağlı yenə iclas keçirəcək - ABŞ-siz yeni birlik yaranır?
Dünya

40-dan artıq ölkə Hörmüzlə bağlı yenə iclas keçirəcək - ABŞ-siz yeni birlik yaranır?

Bu gün
16:28
0 baxış
Paylaş:

Bu gün Böyük Britaniyanın moderatorluğu ilə 40-dan artıq dövlətin nümayəndəsinin qatılacağı onlayn hərbi planlaşdırma konfransı təşkil ediləcək. Görüşdə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti məsələsi növbəti dəfə müzakirə olunacaq.

Bu gün Böyük Britaniyanın moderatorluğu ilə 40-dan artıq dövlətin nümayəndəsinin qatılacağı onlayn hərbi planlaşdırma konfransı təşkil ediləcək. Görüşdə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti məsələsi növbəti dəfə müzakirə olunacaq.

Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Tədbir Nortvudda yerləşən Britaniya hərbi bazasından idarə olunacaq. İclasda bu mühüm strateji su dəhlizində təhlükəsiz gəmiçiliyin bərpası prosesinə dəstək vermək niyyətində olan ölkələr yer alacaq. Fransa, Almaniya, Yaponiya, Kanada, Cənubi Koreya, BƏƏ və Avstraliya kimi dövlətlər də iştirakçılar sırasındadır. Britaniya nümayəndəsinin açıqlamasına əsasən, müzakirələr zamanı Birləşmiş Ştatların yer almayacağı beynəlxalq birliyin formalaşdırılması istiqamətində müvafiq təkliflər dəyərləndiriləcək.

Bu gün baş tutacaq konfrans ötən həftə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperin rəhbərliyi ilə 41 ölkənin qatıldığı virtual iclasın davamı xarakteri daşıyır.

Bu onlayn görüş ABŞ Prezidenti Donald Trampın tərəfdaşlarına boğazın açılmasını müstəqil şəkildə həll etmələri ilə bağlı müraciətinə reaksiya olaraq təcili təşkil olunub.

Hörmüz boğazının mühafizəsi məsuliyyətindən imtina edən Tramp vurğulayıb ki, bu marşrutdan yararlanan dövlətlər onu sərbəst şəkildə açmalıdırlar. Amerika lideri əlavə edib:

"Hesab edirəm ki, neft resurslarına nəzarəti əlində saxlayan hər kəs bu boğazın açılmasında maraqlı olacaq".

Ağ Evin lideri həmçinin bildirib ki, boğazın bağlanması nəticəsində yarana biləcək enerji böhranı qarşısında Böyük Britaniya və bənzər ölkələr öz neft hasilatını təmin etməlidirlər.

Britaniyanın Baş naziri Kir Starmerin sözlərinə görə, dəniz hərəkətinin təhlükəsizliyinə yönəlmiş hər hansı tədbir ancaq atəşkəs əldə olunduqdan sonra həyata keçiriləcək:

"Gərginliyin azalmasının mütləq şəkildə Hörmüz boğazının təhlükəsiz açılışı ilə nəticələnəcəyini iddia etmək o qədər də etibarlı yanaşma deyil".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Fransa#Almaniya#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Ağ_Ev

Oxşar Xəbərlər

İran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endiribDünya

İran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanında "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbələr endirdiyini iddia edib.

Bu gün
17:280
Trampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?Dünya

Trampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?

ABŞ Prezidenti Donald Trampa qarşı sosial şəbəkələrdə təhdid mesajı yazan ölkə vətəndaşı həbs edilib.

Bu gün
17:160
ABŞ və İsrail İranda Xarq adasına və dəmiryol xətlərinə zərbələr endiriblər - FOTO - VİDEODünya

ABŞ və İsrail İranda Xarq adasına və dəmiryol xətlərinə zərbələr endiriblər - FOTO - VİDEO

İranın əsas neft terminallarının yerləşdiyi Xarq adası ABŞ və İsrail tərəfindən hava hücumları seriyasına məruz qalıb.

Bu gün
17:080
İsveçdən miqrantlara qarşı SƏRT QƏRARDünya

İsveçdən miqrantlara qarşı SƏRT QƏRAR

İsveç dövləti sığınacaq tələb edən şəxslər üçün daimi yaşayış hüququnu ləğv etmək niyyətindədir.

Bu gün
16:200