
"Formula-1"də komanda başçıları nə qədər maaş alırlar? - SİYAHI
"Formula-1" komandalarını idarə edən və ən yüksək maaş alan menecerlərin adları məlum olub.
"Formula-1" komandalarını idarə edən və ən yüksək maaş alan menecerlərin adları məlum olub.
Gundem.today xəbər verir ki, idman dünyasının diqqət mərkəzində olan bu reytinq cədvəli "BusinessBookGP" platforması tərəfindən ictimaiyyətə təqdim edilib.
Reytinqin mütləq lideri Adrian Nyuidir. "Aston Martin" komandasının başçısı və texniki direktoru kimi fəaliyyət göstərən təcrübəli mütəxəssis illik düz 37 milyon avro əmək haqqı alır.
"McLaren Racing"in icraçı direktoru Zak Braun 12 milyon avro ilə ikincidir, amma onun başçılıq etdiyi quruma daxil olan son iki ilin çempionu "McLaren" komandasının italiyalı başçısı Andrea Stella ildə 6 milyon avroya çalışır. Hazırda mövsümə liderlik edən və son 12 ildə ən çox titul qazanan "Mercedes" komandasının başçısı Toto Volff, "Ferrari" komandasının indiki və keçmiş başçıları Frederik Vassyör və Mattia Binotto (hazırda "Audi" layihəsinin rəhbəridir) ilə 3-cü yeri bölüşdürürlər.
Diqqətçəkən rəqəmlərin yer aldığı ən çox qazanan "Formula-1" menecerlərinin tam siyahısı belədir:
1. Adrian Nyui ("Aston Martin") - 37 milyon avro;
2. Zak Braun ("McLaren") - 12 milyon avro;
3. Toto Volff ("Mercedes") - 8 milyon avro;
3. Frederik Vassyör ("Ferrari") - 8 milyon avro;
3. Mattia Binotto ("Audi") - 8 milyon avro;
6. Ceyms Vauls ("Williams") - 7.5 milyon avro;
7. Loran Mekis ("Red Bull") - 7 milyon avro;
8. Andrea Stella ("McLaren") - 6 milyon avro;
9. Alan Permeyn ("Racing Bulls") - 5 milyon avro;
10. Flavio Briatore ("Alpine") - 2.5 milyon avro;
11. Ayo Komatsu ("Haas") - 2 milyon avro;
11. Qrem Loudon ("Cadillac") - 2 milyon avro;
13. Stiv Nilsen ("Alpine") - 0.8 milyon avro.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu - FOTO
Uels yığmasının və İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Aaron Remzi peşəkar futbolçu karyerasını sona çatdırıb.
İdman"Arsenal"da ciddi itkilər: "Sportinq"lə matçda iki əsas futbolçusu oynamayacaq - FOTO
İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Arsenal" mühüm qarşılaşma ərəfəsində iki böyük itki ilə üzləşib.
İdmanHarri Maquayr "Mançester Yunayted"lə yeni müqavilə imzaladı - RƏSMİ
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr klubu ilə yeni müqavilə imzalayıb.
İdman"Sumqayıt" baş məşqçisi ilə bağlı qərar verdi
Uğursuz nəticələrə baxmayaraq, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq.