
Abbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"
"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".
"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".
Gundem.today ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüşdə bəyan edib.
"Biz yalnız ədalətli və hərtərəfli razılaşmanı qəbul edəcəyik. İran ABŞ tərəfi ilə danışıqlarda öz hüquqlarını və maraqlarını qorumaq üçün bütün səyləri göstərəcək", - deyə nazir bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTO
ABŞ-nin Texas ştatının Kerrolton şəhərində yerləşən ticarət mərkəzində və bir yaşayış evində atışma baş verib. Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Dünya"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım
Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.
DünyaAzərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEO
Əslən azərbaycanlı olan tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) düşdüyü avtoqəza ilə əlaqədar istintaqın nəticəsindən asılı olaraq sürücülük hüququndan məhrum edilə və ya həbs cəzası ala bilər.
DünyaPolşada meşə yanğınını söndürməyə gələn təyyarə qəzaya uğradı: Ölən var
Polşanın Lyublin voyevodalığına daxil olan Belqoraj rayonunun Kozaki kəndi ərazisində başlayan genişmiqyaslı meşə yanğınının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov təqribən 250 hektar meşə zolağına ziyan vursa da, yanğınsöndürənlər onun daha da genişlənməsinin qarşısını almağa müvəffəq olublar.