Son dəqiqə
Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEOAQTİ-nin departament direktoru işdən çıxarıldı - FOTONərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTOABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTONaxçıvanda tanınmış həkim vəfat etdi - FOTOMərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Polşada meşə yanğınını söndürməyə gələn təyyarə qəzaya uğradı: Ölən var
Polşada meşə yanğınını söndürməyə gələn təyyarə qəzaya uğradı: Ölən var
Dünya

Polşada meşə yanğınını söndürməyə gələn təyyarə qəzaya uğradı: Ölən var

Bu gün
12:56
0 baxış
Paylaş:

Polşanın Lyublin voyevodalığına daxil olan Belqoraj rayonunun Kozaki kəndi ərazisində başlayan genişmiqyaslı meşə yanğınının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov təqribən 250 hektar meşə zolağına ziyan vursa da, yanğınsöndürənlər onun daha da genişlənməsinin qarşısını almağa müvəffəq olublar.

Polşanın Lyublin voyevodalığına daxil olan Belqoraj rayonunun Kozaki kəndi ərazisində başlayan genişmiqyaslı meşə yanğınının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov təqribən 250 hektar meşə zolağına ziyan vursa da, yanğınsöndürənlər onun daha da genişlənməsinin qarşısını almağa müvəffəq olublar.

Gundem.today xəbər verir ki, məlumatı RMF24 nəşri yayıb.

Gecə saatlarında həyata keçirilən xilasetmə tədbirləri zamanı bədbəxt hadisə qeydə alınıb. Belə ki, alovla mübarizəyə cəlb olunan "M18 Dromader" markalı yanğınsöndürən təyyarəsi qəzaya düşüb. Nəticədə pilot hadisə yerində həyatını itirib.

Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski həlak olan pilotun peşəkar və çox təcrübəli mütəxəssis olduğunu diqqətə çatdırıb.

Xilasetmə qruplarının məlumatına əsasən, ağacların yuxarı hissəsi ilə sürətlə irəliləyən və "tac yanğını" kimi tanınan alov vəziyyəti daha da mürəkkəbləşdirir. Əraziyə daxil olmaq çətinlik yaratdığı üçün prosesə xüsusi təyinatlı texnikalar, Dövlət Meşə Xidmətinə məxsus helikopterlər və polis qüvvələri də cəlb olunub.

Baş verən hadisə ilə əlaqədar Varşavada gecə saatlarında böhran mərkəzinin xüsusi iclası keçirilib. Eyni zamanda, hökumət rəsmiləri, yanğından mühafizə idarəsi və meşə təsərrüfatı nümayəndələri yanğın bölgəsinə yollanıblar.

Alovun qarşısının alınması prosesinə Ərazi Müdafiə Qüvvələrinin şəxsi heyəti də dəstək verir. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın verdiyi məlumata görə, hərbi qulluqçular ərazidə fəaliyyət göstərən yanğınsöndürmə briqadalarına yaxından köməklik göstərəcəklər.

May ayının 6-sı səhər saatlarına olan məlumata əsasən, yanğının miqyası lokallaşdırılsa da, potensial təhlükə hələ tam sovuşmayıb.

Mütəxəssislər bölgədəki vəziyyəti daim nəzarətdə saxlayır və xüsusilə yeni alov ocaqlarının yaranma ehtimalını yoxlamaq məqsədilə dronlardan fəal şəkildə istifadə edirlər.

Polşa Hökumət Təhlükəsizlik Mərkəzi ətraf qəsəbə və kəndlərdə yaşayan vətəndaşlara müraciət edərək, qatı tüstülənməyə görə pəncərələri bağlı saxlamağı və operativ xilasetmə xidmətlərinin tövsiyələrinə ciddi əməl etməyi xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Təbii_fəlakət#Polşa#Yanğın_hadisəsi

Oxşar Xəbərlər

ABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTODünya

ABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTO

ABŞ-nin Texas ştatının Kerrolton şəhərində yerləşən ticarət mərkəzində və bir yaşayış evində atışma baş verib. Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Bu gün
13:240
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşımDünya

"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım

Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.

Bu gün
13:120
Azərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEODünya

Azərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEO

Əslən azərbaycanlı olan tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) düşdüyü avtoqəza ilə əlaqədar istintaqın nəticəsindən asılı olaraq sürücülük hüququndan məhrum edilə və ya həbs cəzası ala bilər.

Bu gün
13:080
Abbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"Dünya

Abbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"

"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".

Bu gün
12:480