
ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün yeni ittifaq qurur
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Hörmüz boğazında gəmilərin fasiləsiz hərəkətini bərpa etmək məqsədilə digər dövlətlərə yeni bir alyansın yaradılmasını təklif edir.
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Hörmüz boğazında gəmilərin fasiləsiz hərəkətini bərpa etmək məqsədilə digər dövlətlərə yeni bir alyansın yaradılmasını təklif edir.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin diplomatik teleqramına istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, irəli sürülən bu təşəbbüsə Dəniz Gəmiçiliyi Azadlığı Koalisiyası (Maritime Freedom Construct) adı verilib.
Vurğulanıb ki, sözügedən təkliflə bağlı teleqram ABŞ-nin xaricdəki səfirliklərinə göndərilib. Sənəddə amerikalı diplomatlara xarici ölkə hökumətlərinin bu yeni ittifaqa qoşulmasına nail olmaq üçün müvafiq fəaliyyət göstərmələri barədə çağırış edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSlovakiyanın baş naziri çörək zavodunda gecə növbəsində işə başlayıb - VİDEO
Slovakiyanın Baş naziri Robert Fitso zəhmətkeşlərlə həmrəylik nümayiş etdirmək məqsədilə çörək zavodunda ekspeditor-sürücü köməkçisi kimi gecə növbəsində işə başlayıb.
DünyaTürkiyədə Kamerun bayrağı altında üzən gəmi saya oturdu
Kamerun bayrağı altında üzən "Ninova" yük gəmisi Türkiyənin Karasu şəhəri yaxınlığında Mərmərə dənizində saya oturub.
DünyaTürkiyədə Kamerun bayrağı altında üzən gəmi saya oturdu - VİDEO
Kamerun bayrağı altında üzən "Ninova" yük gəmisi Türkiyənin Karasu şəhəri yaxınlığında Mərmərə dənizində saya oturub.
Dünyaİsrail İran təhdidinə qarşı BƏƏ-yə müasir silahlar göndərib
İsrail Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın raket və pilotsuz uçuş aparatlarından (PUA) müdafiə olunmaq məqsədilə təcili olaraq müasir silah sistemləri, o cümlədən qabaqcıl "Iron Beam" lazerləri göndərib.