
Türkiyədə Kamerun bayrağı altında üzən gəmi saya oturdu - VİDEO
Kamerun bayrağı altında üzən "Ninova" yük gəmisi Türkiyənin Karasu şəhəri yaxınlığında Mərmərə dənizində saya oturub.
Kamerun bayrağı altında üzən "Ninova" yük gəmisi Türkiyənin Karasu şəhəri yaxınlığında Mərmərə dənizində saya oturub.
Gundem.today xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, gəminin göyərtəsində səkkiz dənizçi var. Sahil mühafizəsi xidməti heyət üzvlərinin təxliyəsi və gəminin sayadan çıxarılması üzrə əməliyyat keçirir.
Qeyd olunur ki, 83 metrlik gəmi Mərmərə dənizində baş verən pis hava şəraiti səbəbindən idarəetməni itirib. Kapitanın yardım siqnalına cavab olaraq fövqəladə hadisə yerinə sahil mühafizəsinin katerləri və yedəkçi gəmi göndərilib.
Hadisə zamanı zərər çəkənlərin olub-olmaması barədə məlumat verilməyib.
Daha əvvəl Türkiyənin şimal-qərbində, o cümlədən Mərmərə dənizi rayonunda aprelin 30-u axşamdan hava şəraitinin pisləşməsi barədə xəbərdarlıq edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMadyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.
DünyaTamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"
"Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır".
DünyaAzərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO
"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".
DünyaABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyib
"Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara təqribən 100 milyard dollar vəsait sərf edib və bu vəziyyət ABŞ vətəndaşları üçün daha böyük dolayı xərclər yaradıb".