
Şamil Ayrım: "Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır"
"Regional məsələlər bölgə ölkələrinin iradəsi ilə həll edilməlidir. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülhə yönələn müzakirələri yaxından izləyirik".
"Regional məsələlər bölgə ölkələrinin iradəsi ilə həll edilməlidir. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülhə yönələn müzakirələri yaxından izləyirik".
Gundem.today xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 3-cü iclasında deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır:
"Ermənistanla Azərbaycan arasında problemlər tamamilə aradan qalxandan sonra Türkiyə də Ermənistanla sərhədlərini açacaq. Regionda davamlı sülhün yolu buradan keçir. Çünki bir ölkənin konstitusiyasında başqa ölkəyə torpaq iddiası varsa, bununla davamlı sülhə nail olmaq mümkün deyil", - deyə türkiyəli deputat vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPaşinyan yenə Rusiyaya gedəcək
Ermənistan və Rusiya arasında yeni yüksəksəviyyəli görüş 2026-cı ilin iyun ayının ikinci yarısında planlaşdırılır.
DünyaYaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO
İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ixracat 469 milyon bareldən (fevral) 263 milyon (mart) barelə düşüb, yəni ixracatda 206 milyon barel və ya 44 faiz azalma müşahidə olunub.
DünyaMacarıstan NATO-dan çıxır?
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.
DünyaABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDI
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.