Ağ Evdən maraqlı layihə: Kənd təsərrüfatına dəstək üçün yeni platforma yaradıldı
Dünya

Ağ Evdən maraqlı layihə: Kənd təsərrüfatına dəstək üçün yeni platforma yaradıldı

İndi
00:24
0 baxış
Paylaş:

ABŞ-nin Ağ Ev administrasiyası "OnlyFans" platformasına istinad edən "OnlyFarms" adlı yeni sayt təqdim edib.

ABŞ-nin Ağ Ev administrasiyası "OnlyFans" platformasına istinad edən "OnlyFarms" adlı yeni sayt təqdim edib.

Gundem.today xəbər verir ki, resurs WhiteHouse.gov rəsmi domenində yerləşdirilib və Prezident Donald Trampın siyasəti çərçivəsində kənd təsərrüfatına dəstəyə həsr olunub.

OnlyFarms.gov saytı istifadəçiləri fermerlərə maliyyə dəstəyi tədbirləri barədə məlumatların yer aldığı səhifəyə yönləndirir.

Buradakı əsas təşəbbüslərə ailə fermaları üçün vergi güzəştləri, bazarlara çıxış imkanlarının genişləndirilməsi və inzibati maneələrin azaldılması daxildir.

Ağ Ev istifadəçilərə fermerlərin əldə etdiyi faydaları və hər ştat üzrə nə qədər qənaət edildiyini öyrənməyi təklif edib. Həmçinin ehtimal olunan qənaəti hesablamağa imkan verən interaktiv ABŞ xəritəsi də təqdim olunub.

Saytın təqdimatı fermerlərin Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Ağ_Ev#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Fermer_təsərrüfatı

Oxşar Xəbərlər