"Real Madrid"in yaydakı ilk transferi məlum oldu: Öz yetirməsini geri qaytarır
İdman

"Real Madrid"in yaydakı ilk transferi məlum oldu: Öz yetirməsini geri qaytarır

İndi
00:48
0 baxış
Paylaş:

"Real Madrid" rəhbərliyinin yay transfer pəncərəsində əsas hədəfi bəlli olub.

"Real Madrid" rəhbərliyinin yay transfer pəncərəsində əsas hədəfi bəlli olub.

Gundem.today xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.

O, qeyd edib ki, Madrid təmsilçisinin yaydakı ilk transferi hazırda İtaliyanın "Komo" klubunda çıxış edən yarımmüdafiəçi Niko Paz olacaq.

"Real Madrid" Niko Pazın gələcək karyerasına tam nəzarəti əlində saxlayır və onu öz uzunmüddətli layihəsinin mühüm bir hissəsi kimi görür. Məhz onun bu yay klubun ilk transferi olacağı gözlənilir", - deyə Romano qeyd edib.

Xatırladaq ki, "Real Madrid" 2024-cü ildə İtaliyaya yollanan öz yetirməsini geri almaq hüququna sahibdir. Şərtlərə əsasən, satınalma bəndi bu yay üçün 9 milyon avro, gələn yay üçün isə 10 milyon avro təşkil edəcək. Bundan əlavə, tərəflər arasındakı müqavilədə Madrid təmsilçisinə futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50%-ni qazanmağa imkan verən xüsusi bənd də yer alıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Real_Madrid#Niko_Paz#Fabrizio_Romano#transfer#Komo#futbol#yay_transfer_pəncərəsi#yarımmüdafiəçi#İtaliya_A_Seriyası.

Oxşar Xəbərlər