
Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT
Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.
Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.
Gundem.today-a müraciət edən xadimə Ülviyyə Abdullayeva bildirib ki, hadisə məktəb direktorunun onu işdən çıxarmasına görə baş verib:
"Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə belə baş verib. Ağdam rayonu Səfərli kənd orta məktəbinin istilik sistemi yenilənib və kombi sisteminə keçib. Mən isə 0.5 ştat xadimə, 0.5 ştat isə qazançı işləyirdim. Direktor mənim 0.5 ştatımı kəsdi. Direktor mənə dedi ki, Bərdə şəhərində konteyner satılır, get, həmin konteyneri al gətir məktəbə, sənin ştatını bərpa edim. Mən də onun dediyi kimi Bərdə şəhərinə getdim, konteynerlə maraqlandım. Mənə konteyneri 4500 manata dedilər. Pulum olmadığına görə, həmin konteyneri ala bilmədim.
Nəhayət, Ağcabədi rayonunda 1200 manata konteyner tapıb aldım, 300 manat da evakuatora verib həmin konteyneri məktəbə gətirdim. Dedi ki, konteyner quraşdırılsa, ştat artırılacaq və mənim ştatımı tamamlayacaq. Konteyner məktəbdə quraşdırılsa da, direktor mənim ştatımı bərpa etmədi. Hər dəfə müxtəlif bəhanələr gətirməklə prosesi yubatdı. Dəfələrlə direktorun yanına getsəm də, mənim ştatımı bərpa etmədi. Sonra dedi ki, konteyneri qaytar geri, sənin ştatın düzəlmir. Mən də əsəbiləşdim, stolun üstündəki suveniri sındırdım. Məhkəmə də ona görə məni 60 manat cərimələdi".
Ü.Abdullayeva bildirib ki, direktorun təkidi ilə konteyneri orta məktəbin həyətindən götürüb:
"Faktla bağlı Ağdam Rayon Prokurorluğuna müraciət etmişəm, hazırda direktorun fəaliyyəti ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra konteynerin məktəbin həyətinə niyə qoyulması, mənim niyə işdən çıxarılmağım məlum olacaq".
Xatırladaq ki, bir müddət əvvəl Ağdam rayonu Səfərli kənd orta məktəbində dava olub. Məktəbin direktoru Aliyə Əliyeva ilə məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayeva arasında baş verən dava zamanı direktorun stolunda olan suvenir qırılıb. Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat cərimələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Hadisəİki maşınla vurulan Təbriz: Sürücülərdən biri istintaqdan kənarda qalıb? - Anası narazıdır - FOTO - VİDEO
Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.
HadisəUdmurtiyada daşqın fəlakəti: 150 ev su altında qaldı
Sel təhlükəsinin artması ilə əlaqədar olaraq Udmurtiya Respublikasının Malopurqinski, Kiznerski və İqrinski rayonlarında yüksək hazırlıq rejimi tətbiq edilib.
HadisəBakıda papağa görə dava: Ər arvadını döydü
Bakıda kişi arvadını papağa görə döyüb.
HadisəSabunçuda gecəyarı DƏHŞƏT: Torpaq sürüşdü, qadın uçan evin altında qaldı - SON GÖRÜNTÜLƏR
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib.