
Avropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"
Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.
Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.
Gundem.today xəbər verir ki, o, turnirə yüksək hazırlıqla yollanıb və əsas hədəfi qızıl medal olub:
"Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarımfinalda zədələndiyim üçün mübarizəni dayandırmalı olmuşdum. Bu dəfə isə qələbə qazanmağı qarşıma məqsəd qoymuşdum".
Lakin bəzi səhvlər səbəbindən bu hədəfə çata bilmədiyini vurğulayan güləşçimiz gələcək planlarından danışıb: "Təəssüf ki, çempionluq alınmadı. Müəyyən səhvlərə yol verdim. İndi əsas vəzifəm həmin səhvlərin üzərində çalışmaq və gələcək yarışlarda əlimdən gələnin ən yaxşısını etməkdir".
Qeyd edək ki, Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİspaniya La Liqası: "Real Madrid" qələbəni son dəqiqələrdə əldən verdi - VİDEO
İspaniya La Liqasının 32-ci turunda "Real Madrid" səfərdə "Real Betis"lə 1:1 hesablı heç-heçə edib.
İdmanQadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.
İdmanVinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.
İdmanAzərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandı
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.