Son dəqiqə
Ev üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlərAlmaniyada qeyri-adi TAPINTIRusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyübBəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEOAğıl dişləri nə vaxt çıxarılmalıdır?Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq?
Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq?
Cəmiyyət

Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq?

Bu gün
12:12
0 baxış
Paylaş:

Son illər Azərbaycan Respublikasında istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır. Bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır.

Son illər Azərbaycan Respublikasında istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır. Bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır.

Gundem.today xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə edilib.

"Bu məhsulların satılmasında qanunvericiliklə müəyyən edilmiş yaş məhdudiyyətlərinə baxmayaraq, uşaqlar tərəfindən faktiki olaraq asanlıqla əldə edilməsi, ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında açıq şəkildə istifadə olunması uşaqların sağlamlığının qorunması hüququna öz mənfi təsirini göstərməkdədir.

Bu kimi halların davam etməsi uşaqların konstitusion hüquqlarının, xüsusilə sağlamlıq hüququnun təmin olunmasında, onların sağlam inkişafında maneələr yaratmaqdadır.

Aparılan monitorinqlər nəticəsində müəyyən olunmuş mövcud vəziyyət və beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var.

Qeyd edilənləri nəzərə alaraq, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsi təklif edilir", - məlumatda deyilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#energetik_içkilər#uşaqların_sağlamlığı#ombudsman_aparatı#yaş_məhdudiyyəti#vendinq_aparatları#inzibati_cərimələr#yetkinlik_yaşına_çatmayanlar#sağlamlıq_hüququ#monitorinq#qanunvericiliyin_təkmilləşdirilməsi

Oxşar Xəbərlər

Bəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEOCəmiyyət

Bəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEO

Metrodan istifadə edən bir çox sərnişin hesab edir ki, əl yükünə görə əlavə ödəniş tələb olunmur. Amma ölçü və həcm həddini aşan yüklər üçün müəyyən ödəniş qaydaları mövcuddur.

Bu gün
05:000
Sənəd dəyişdirildi, evlər satıldı - VİDEOCəmiyyət

Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO

Evi ola-ola evsiz qaldığını iddia edir...

Bu gün
03:000
Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEOCəmiyyət

Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO

Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.

Bu gün
01:520
Bakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEOCəmiyyət

Bakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEO

Baku TV-yə "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında qəza ocaqları və təhlükəsizlik mövzusu müzakirə olunub.

Bu gün
01:360