Son dəqiqə
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərarAvropa İttifaqının yeni qanununa Çindən sərt etirazŞirvanda peşə liseyinə yeni direktor təyin edilib - FOTOAzərbaycan Memarlıq və İnşaat Universitetində yanğın: Tələbələr təxliyə edildilərHarri Keynin "Bavariya"da oyun mövqeyi dəyişirNazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRAR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Beş milyonluq ov başa çatdı: ABŞ-nin axtardığı şəxsi helikopterlərlə sıxışdırıb tutdular - FOTO
Beş milyonluq ov başa çatdı: ABŞ-nin axtardığı şəxsi helikopterlərlə sıxışdırıb tutdular - FOTO
Dünya

Beş milyonluq ov başa çatdı: ABŞ-nin axtardığı şəxsi helikopterlərlə sıxışdırıb tutdular - FOTO

Bu gün
13:36
0 baxış
Paylaş:

Amerika Birləşmiş Ştatları tərəfindən tutulmasına görə beş milyon dollar mükafat vəd edilən "El Jardinero" (Bağban) ləqəbli tanınmış narkobaron Meksikada saxlanılıb.

Amerika Birləşmiş Ştatları tərəfindən tutulmasına görə beş milyon dollar mükafat vəd edilən "El Jardinero" (Bağban) ləqəbli tanınmış narkobaron Meksikada saxlanılıb.

Gundem.today-ın məlumatına görə, bu barədə ölkənin təhlükəsizlik naziri Omar Qarsiya Harfuş açıqlama verib.

Meksikanın ən iri narkokartellərindən birinin rəhbərinin ələ keçirilməsini əks etdirən kadrlar sosial şəbəkədə paylaşılıb. Videolarda Meksika Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstələrinin helikopterlərin dəstəyi ilə "Bağban"ı küncə sıxaraq mühasirəyə alması və qandallaması əksini tapıb.

"Daha çox "El Jardinero" kimi tanınan Audias Flores Silva Nayarit ştatında yaxalanıb. Onun barəsində Meksikada qüvvədə olan həbs qərarı mövcuddur və o, ABŞ hakimiyyəti tərəfindən ekstradisiya məqsədilə axtarışa verilib", - deyə təhlükəsizlik naziri "X" platformasındakı hesabında qeyd edib.

Audias Flores Silva Sakit okean sahillərindəki geniş ərazilərə nəzarət edən "Xalisko - Yeni Nəsil" kartelinin regional komandiri olaraq siyahıya alınmışdı. Meksika Müdafiə Nazirliyinin bəyanatına əsasən, bu həbs qruplaşmanın fəaliyyətinə ağır zərbə kimi qiymətləndirilir.

Narkobaronun saxlanılmasından dərhal sonra onun tərəfdarları müxtəlif ərazilərdə çoxlu sayda yanğınlar törədiblər. Nəticədə ətrafı qatı tüstü bürüyüb.

Xatırladaq ki, martın 18-də Omar Qarsiya Harfuş Ekvadorun ən iri cinayətkar qruplaşması sayılan "Los Lobos" liderinin də Mexiko şəhərində saxlanıldığını elan etmişdi. Nazirin məlumatına görə, həmin şəxs İnterpol vasitəsilə beynəlxalq axtarışda idi. O, narkotik maddələrin qaçaqmalçılığı, şantaj və qətllərdə təqsirləndirilir. Cənubi Amerika rəsmiləri onu Ekvadorda sabiq prezidentliyə namizədin öldürülməsində əsas fiqur hesab edirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Narkobaron#Meksika#Narkotik_vasitələrin_qanunsuz_dövriyyəsi#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Sosial_şəbəkələr#Hədə-qorxu_ilə_tələb_etmə

Oxşar Xəbərlər

Avropa İttifaqının yeni qanununa Çindən sərt etirazDünya

Avropa İttifaqının yeni qanununa Çindən sərt etiraz

"Avropa İttifaqının sənayenin inkişafını sürətləndirən qanunu sərmayə qoyuluşuna böyük əngəllər törədir və institusional diskriminasiya xarakteri daşıyır".

Bu gün
15:320
"Mossad" rəhbəri: "Düşmən sirlərinin mərkəzindən strateji məlumatlar əldə etdik"Dünya

"Mossad" rəhbəri: "Düşmən sirlərinin mərkəzindən strateji məlumatlar əldə etdik"

"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".

Bu gün
15:080
Moskvada elit binanın tikintisində yanğın: Ölənlərin sayı artdı - VİDEODünya

Moskvada elit binanın tikintisində yanğın: Ölənlərin sayı artdı - VİDEO

Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində inşa edilən binada baş vermiş yanğın nəticəsində həyatını itirənlərin sayı beşə çatıb.

Bu gün
15:070
Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTODünya

Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO

Rusiya Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları Fransanın Sen-Remi dövlət muzeyindən 53 milyon rubl dəyərində (təqribən 1.2 milyon manat - red.) qızıl sikkələr kolleksiyasını oğurlayan Fransa vətəndaşının əməlini ifşa ediblər.

Bu gün
15:000