Son dəqiqə
Elçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirib - FOTOEv üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlərAlmaniyada qeyri-adi TAPINTIRusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyübBəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEOAğıl dişləri nə vaxt çıxarılmalıdır?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Bəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"
Bəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"
Mədəniyyət

Bəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"

18 aprel 2026
21:00
0 baxış
Paylaş:

Görkəmli bəstəkar Ramiz Mirişli 80 illik yubileyində son müsahibələrindən birini "Kaspi"yə verdi. Bir il sonra isə - 81 yaşında dünyasını dəyişdi. Sevimli bəstəkarın vəfatından 11 il keçəndən sonra oğlu Nazim Mirişli "Kaspi"nin "Doğmalar" rubrikasına atası ilə bağlı xatirələrini danışdı.

Görkəmli bəstəkar Ramiz Mirişli 80 illik yubileyində son müsahibələrindən birini "Kaspi"yə verdi. Bir il sonra isə - 81 yaşında dünyasını dəyişdi. Sevimli bəstəkarın vəfatından 11 il keçəndən sonra oğlu Nazim Mirişli "Kaspi"nin "Doğmalar" rubrikasına atası ilə bağlı xatirələrini danışdı.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Atamın yolunu davam etdirdim"

- Nazim müəllim, Ramiz Mirişli ilə son müsahibəmdə dedi ki, iki oğlum Türkiyədə musiqiçi kimi çalışır. Siz sonradan Vətənə döndünüz?

- Biz iki qardaş Türkiyədə universitetdə çalışırdıq. O zaman Erciyes Universitetinin rektoru Bakıya gələndə məni dəvət etmişdi. Aktyor-rejissor Cahangir Novruzov, rejissor Zaur Məhərrəmov, heykəltəraş Qorxmaz Sucəddinov, rəssam Rəhim Məmmədov fərqli sahələr üzrə işləməyə getdik. Qardaşım da getdi. Mən altı il çalışdım, sonra qayıtdım. Atam bir az darıxırdı. Valideynlərim yaşlanmışdı. Onlara qayğı lazım idi. Yaxşı ki, gəldim, onların yanında olmağım daha yaxşı idi.

- Qayıdandan sonra atanızla bir yerdə işləməyə başladınız?

- Mən qayıdanda Musiqi Akademiyasında bəstəkarlıq fakültəsinin müdiri Arif Məlikov idi. O bir gün mənə zəng vuraraq "kafedrada işləmək istəyirsən?"- deyə soruşdu. O vaxtdan indiyə qədər bəstəkarlıq kafedrasında işləyirəm. Atam başqa kafedrada işləyirdi. Milli Konservatoriyada isə əvəzedici kimi çalışıram.

- Atanızın dərs verdiyi bir ali məktəbdə çalışmaq, onun gəzdiyi dəhlizlərdə gəzmək, o pillələri qalxmaq, həmin auditoriyalarda dərs demək necə bir hisdir? Xüsusən də zahirən ona çox oxşayırsınız...

- Hər şey tələbəlikdən başlayır. Mən tələbə olanda onun sinfinə çox nadir hallarda, ehtiyac olanda gələrdim. Düzü, çəkinərdim. O, məni görüncə əlbəttə, çox sevinərdi. Ancaq mən ailə mühitinin auditoriyaya sirayət etməsini istəməzdim. Ona görə ciddi-ciddi gedib gələrdim. Əlbəttə, oxuyanda çalışardım ki, atama söz gəlməsin. Təbii ki, bu, musiqi ilə bağlı olmayacaqdı. Çünki atam məni musiqidən hərtərəfli yoxlayıb bəstəkarlığa daxil olmağıma icazə vermişdi. Konservatoriyanı bitirəndən sonra Asəf Zeynallı adına kollecdə işlədim. Atam Naxçıvanda musiqi məktəbini bitirib Asəf Zeynallıda oxudu, mən isə o məktəbdə işlədim. 90-cı illərdə Şuşa Konservatoriyası Bakıya köçdü. Rektor Süleyman Ələsgərov məni təsadüfən görəndə "gəl, bizdə işlə", - deyə təklif etdi. Bu mənada atamın yolunu davam etdirdim.

- Ramiz müəllim sizin yaradıcılığınıza necə yanaşırdı?

- Mən konservatoriyaya hazırlaşanda pianoçu idim. Bəstəkarlığa daxil olmaq üçün əsərlər bəstələmək lazım idi. İmtahana gedəndə onların əsasında qiymətləndirirdilər. Mən də özüm bəstələyirdim. Atam mənim birinci müəllimim olub. Atam və anam həm də ilk dinləyicilərim idilər. Anamın bəstəkarı qiymətləndirmək üçün böyük təcrübəsi vardı. Çünki artıq evdə birini görmüşdü. Atam yüngül əsərlərini - kino, teatr musiqisini, mahnılarını ilk dəfə anam üçün ifa edərdi. Anam musiqiçi deyildi, pedaqoji təhsilli idi, amma yüksək musiqi duyumu vardı. Atam yeni əsərinə veriləcək reaksiyanı məhz anamın zövqü ilə müəyyən edirdi. Mən və əkiz qardaşlarım da musiqi məktəbinə gedirdik. Anam bizi məktəbə aparar, dərslərimizdə oturardı. Biz dərs hazırlayanda bəzən qapını açar, "o yeri düz çalmadın, müəllimə belə demişdi" deyərdi. Qardaşım Aqil üçüncü sinfin əvvəlində "mən daha musiqiyə getməyəcəyəm" deyə inad göstərdi. Atam səhəri gün onu məktəbdən çıxardı. O bilirdi ki, bu iş sevgisiz olmaz. Qardaşım rəssamlıqla məşğul oldu, rejissorluğu bitirdi. Yusif isə Arif Məlikovun sinfini qurtardı. Hazırda Türkiyədə çalışır.

"Cövdət müəllimdə oxuyarkən..."

- Siz də, atanız da görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirmisiniz. Sənətinizin sirlərini daha çox hansından öyrənmisiniz - atanızdan, ya Cövdət müəllimdən?

- Təbii ki, Cövdət Hacıyevdən. Konservatoriyaya daxil olan tələbələrə ixtiyar verilir ki, müəllimlərini seçsinlər. Orada tələbə kimi seçirsə, qanun sayılardı. Bu, ixtisasa görə idi. O zaman bizim kafedra müdiri Xəyyam Mirzəzadə idi. İmtahan götürəndə onunla Fərəc Qarayev oturmuşdular. Onlar öz aralarında tələbələri bölüşdürəndə məni Qara Qarayevin sinfinə salmışdılar. Qara müəllim Moskvada yaşayırdı, amma gəlib-gedirdi. O olmayanda dərsləri Fərəc Qarayev keçirdi. Dedim ki, atam kimin sinfində oxuyubsa, mən də o sinfi istəyirəm. Bu, bəlkə də gənclik maksimalizmi idi. Çünki evimizdə həmişə atamdan "Cövdət müəllimdə oxuyarkən..." sözlərini eşitmişdim.

- Yəni bir xəyalınız vardı...

- Bəli, bir xəyalım vardı. Bizim evdə, yaşadığım o mühitdə Cövdət Hacıyevin bir obrazı yaranmışdı. Atamın heç xəbəri də yox idi, mən gedib bununla bağlı ərizə də yazdım. Atam eşidəndə normal qarşıladı. Xəyyam müəllim ona zəng edib vəziyyəti demişdi. Cövdət müəllim tələbələri adla yox, soyadla çağırardı. Tanış olmaq üçün əsərlərimi istədi. "Gətir görüm, nə yazmısan?" - dedi. O, əsərləri vasitəsilə tələbəni qiymətləndirirdi. Beləcə onun sinfində oxudum.

"Mən elə Nazimlə işləyəcəyəm..."

- Ramiz müəllim mənə müsahibəsində "hələ işlərim çoxdur. Yarımçıq əsərlərim var", - demişdi. Si

#Mədəniyyət#Bəstəkar#Flora_Kərimova#İlhamə_Quliyeva#Zeynəb_Xanlarova#Qara_Qarayev#Naxçıvan_Muxtar_Respublikası#Cövdət_Hacıyev#Azərbaycan_muğamı

Oxşar Xəbərlər

Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEOMədəniyyət

Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO

Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) mərhum prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.

Bu gün
20:580
"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olubMədəniyyət

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub.

Bu gün
20:400
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunubMədəniyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunub

Aprelin 21-də Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.

Bu gün
19:200
Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTOMədəniyyət

Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTO

"Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kino çəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Burada istehsalçılara qədər yenə də bir neçə təchizat olmalıdır. Burada Kinematoqrafçılar İttifaqının və eyni zamanda gildiyaların çox böyük rolu var. Çünki burada ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır".

Bu gün
17:060