
Bəzi müəllimlərin sertifikasiyadan yayınmaq taktikası - Təkrar MİQ imtahanı qanunidirmi?
Hər üç ildən bir müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı keçirilir.
Hər üç ildən bir müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı keçirilir.
Bəzən müəllimlər bu imtahanda iştirak etməkdən yayınmaq üçün əmək müqavilələrinə xitam verilməsini istəyirlər. Bununla da yenidən müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edərək pedaqoji fəaliyyətə başlamağa cəhd edirlər.
Maraqlıdır, sertifikasiya imtahanında iştirak etmək müddətinə çatmış müəllim MİQ imtahanında iştirak edə bilərmi?
Məsələ ilə bağlı Gundem.today-ın sualına cavab olaraq təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, müəllim əmək müqaviləsinə xitam verildikdən sonra yenidən MİQ imtahanında iştirak edə bilər.
O qeyd edib ki, sertifikasiya və MİQ imtahanları tamamilə fərqli imtahan istiqamətlərdir:
"MİQ konkret olaraq müəllimlərin işə qəbulu üçün keçirilən imtahandır. Sertifikasiya isə fəaliyyət göstərən müəllimlərin ümumi bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən diaqnostik imtahandır. Hər hansı bir şəxs müvafiq olaraq sertifikasiya imtahanında iştirak etməkdən yayınırsa, bu məsələ Elm və Təhsil Nazirliyi tərəfindən də diqqətdə saxlanılır. Bəzən müəllimlər sertifikasiyadan yayınmaq üçün MİQ imtahanında iştirak etməyə üstünlük verirlər. Onlar bu hüquqlarından istifadə edə bilərlər.
Lakin nəzərə almaq lazımdır ki, hər hansı təhsil müəssisəsinə işə qəbul zamanı sertifikasiya nəticələri də əməkhaqqının hesablanmasında mühüm rol oynayır.
Bildiyiniz kimi, yüksək nəticə göstərən müəllimlər üçün əməkhaqqına əlavə faiz artımı tətbiq olunur: məsələn, 51 və daha yüksək bal toplayanlara 35%, 31 və daha yüksək bal toplayanlara isə 10% artım verilir. Əgər müəllim sertifikasiyada iştirak etməyibsə, bu cür əlavə artımlardan yararlana bilmir".
Elçin Əfəndi əlavə edib ki, sertifikasiya imtahanından keçmiş müəllimlərin sonradan yenidən MİQ imtahanında iştirak etməsi də mümkündür:
"Məsələn, müəllim sertifikasiyadan keçdikdən sonra müxtəlif səbəblərlə işindən ayrılarsa, növbəti illərdə yenidən MİQ imtahanına qatılıb işə qəbul oluna bilər. Bu baxımdan hər hansı məhdudiyyət yoxdur.
Ümumilikdə isə tövsiyə olunur ki, müəllimlər sertifikasiya imtahanının vaxtı çatdıqda mütləq iştirak etsinlər. Bu, həm onların peşəkar inkişafı, həm də əməkhaqqına əlavə artım əldə etmələri baxımından vacibdir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO
Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.
CəmiyyətBakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
CəmiyyətDövlət agentliyinə yeni departament müdiri təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.
CəmiyyətTovuzda bazarda YOXLAMA - Ciddi nöqsanlar aşkarlandı - FOTO
Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.