
Boşanma zamanı sənədsiz evdən tərəfə pay düşür - Qanun nə deyir? - VİDEO
Boşanma zamanı tərəflər arasında ən mübahisəli mövzulardan biri də əmlakın bölüşdürülməsidir. Mənzil bölgüsü Ailə Məcəlləsi ilə tənzimlənir və əsas prinsip ər-arvadın ümumi birgə mülkiyyəti anlayışına əsaslanır. Əgər ev nikah bağlandıqdan sonra, birgə yaşayış dövründə alınıbsa, o, ər-arvadın ümumi mülkiyyəti sayılır və boşanma zamanı yarıbayarı bölünür.
Boşanma zamanı tərəflər arasında ən mübahisəli mövzulardan biri də əmlakın bölüşdürülməsidir. Mənzil bölgüsü Ailə Məcəlləsi ilə tənzimlənir və əsas prinsip ər-arvadın ümumi birgə mülkiyyəti anlayışına əsaslanır. Əgər ev nikah bağlandıqdan sonra, birgə yaşayış dövründə alınıbsa, o, ər-arvadın ümumi mülkiyyəti sayılır və boşanma zamanı yarıbayarı bölünür.
Gundem.today-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu sənədsiz evlərin boşanma zamanı bölüşdürülməsidir.
Boşanma zamanı sənədsiz evdən tərəfə pay düşürmü?
Bununla bağlı Ali Məhkəmənin Plenumunun 12 mart 2024-cü il tarixli qərarı var.
Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inşa ediblərsə, boşanma zamanı ilk növbədə onların hər ikisinin burada yaşamaq imkanları nəzərdən keçirilir. Bu mümkündürsə, onların hər ikisinin birgə yaşayışına qərar verilir. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən alınmırsa, həmin evin tərəflər arasında bölünməsi baş verəcək. Yəni tərəflər birgə yaşamayacaqları təqdirdə evin inşasına sərf edilmiş vəsaitin yarısını bir-birindən tələb edə biləcəklər.
Onu da qeyd edək ki, özbaşına tikilinin ər və arvad arasında bölünməsi (payların müəyyən edilməsi) barədə qətnamə bu tikilinin qanuni sayılması demək deyil.
Bundan başqa, boşandıqdan sonra şəxs soyadını mütləq dəyişdirməlidir?
Ailə Məcəlləsinin 30-cu maddəsində qeyd olunub ki, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
Nikah pozulduqda ər və ya arvad ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDoğma yurda dönüşün xoşbəxtliyini yaşayan İlyas Ağakazımov: "Ağdama qayıdıb iş-güc qurmağı planlayıram"
"Xoşbəxtəm ki, doğma el-obama qayıdıram".
CəmiyyətAğdama qayıdan sakindən duyğulu sözlər: "Köçkün düşəndə bir nəvəm var idi, indi üç nəticəm var"
"Şükür Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı".
CəmiyyətDiyetoloqdan xəbərdarlıq: "Reklamlara aldanmayın" - Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı - VİDEO
Arıqlamaq istəyi son illərdə bir çox insan üçün həyat tərzinə çevrilib.
CəmiyyətPaytaxt sakinlərinə sevindirici xəbər - VİDEO
Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.