
Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı
İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.
İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.
Gundem.today xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2026-cı il yanvarın 16-da birinci instansiya məhkəməsi keçmiş dövlət başçısını həbsə mane olmaqda təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. 2025-ci ilin yanvarında prezidentin mühafizə xidməti hüquq-mühafizə orqanları əməkdaşlarına Yun Sok Yolu Seuldakı iqamətgahında saxlamağa imkan verməyib. Bunu yalnız ikinci cəhddə reallaşdırmaq mümkün olub. Xatırladaq ki, Yun Sok Yol 2025-ci ilin aprelində prezident vəzifəsindən kənarlaşdırılıb. Sözügedən iş üzrə prokurorluq onun üçün 10 il həbs cəzası tələb edirdi. Koreya Respublikasında ümumi yurisdiksiya işləri üzrə məhkəmə sistemi apellyasiya instansiyası və Ali Məhkəmə daxil olmaqla üç pillədən ibarətdir.
Ümumilikdə Yun Sok Yol təqsirləndirilən şəxs qismində səkkiz məhkəmə prosesində iştirak edir. 2026-cı ilin fevral ayında onlardan biri - qiyam işi üzrə sabiq prezident ömürlük həbs cəzasına məhkum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində "Hizbullah" təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.
Dünya"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırır
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.
DünyaKrasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat
Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.
DünyaRusiya da OPEC+ alyansını tərk edir?
"Rusiya OPEC+ sazişindən ayrılmaq variantını gündəmində saxlamır".