
Daşkəsəndə 65 yaşlı qadına zorakılıq edilməsi iddiası ilə bağlı cinayət işi başlanıb
Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiya paylaşılıb.
Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiya paylaşılıb.
Gundem.today xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.
"Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluqdan bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalTiktoker "Miray"ın həbs müddəti uzadıldı
Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan "TikTok"da "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb.
KriminalMİDA-da ev almaq adı ilə vətəndaşların külli miqdarda pulları mənimsənildi
Vətəndaşlara MİDA-dan ev almaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
KriminalŞağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR
Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatı məlum olub.
KriminalMəktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.