MİDA-da ev almaq adı ilə vətəndaşların külli miqdarda pulları mənimsənildi
Kriminal

MİDA-da ev almaq adı ilə vətəndaşların külli miqdarda pulları mənimsənildi

İndi
13:58
0 baxış
Paylaş:

Vətəndaşlara MİDA-dan ev almaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vətəndaşlara MİDA-dan ev almaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gundem.today-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclas zərərçəkənlərin ifadələri ilə işini davam etdirib.

Zərərçəkmiş İlham Məmmədov ona 10 min manat zərər dəydiyini bildirib :

"Təqsirləndirilən şəxs olan Şəmsiyyə İsmayılovaya 10 min manat vermişəm. Mənə ikiotaqlı ev söz verilmişdi. Mənə dəymiş ziyan ödənilməyib".

Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, zərərçəkmişin verdiyi puldan təqsirləndirilənlərdən 6 min manat, Ruslan Həsənova və özünə 2 min manat bölüşdürüblər.

Zərərçəkmiş Əli İbrahimov bildirib, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır və ev almaq üçün təqsirləndirilən şəxslərə 10 min manat verib:

"Şəmsiyyəyə 10 min manat vermişəm. Ortaq tanışlıq sayəsində görüşüb özüm şəxsən vermişəm. Bu problem yarananda Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdim. Onlar da mənə dəymiş ziyanı geri qaytardılar. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm".

Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, qaziyə dəymiş pulu Ruslanla birgə ödəyib.

Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#MİDA_evləri#dələduzluq_məhkəməsi#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Şəmsiyyə_İsmayılova#külli_miqdarda_ziyan#cinayət_işi#mənzil_fırıldağı#qazi#zərərçəkmişlər

Oxşar Xəbərlər