
Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR
Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatı məlum olub.
Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatı məlum olub.
Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, qardaşı Qismət Teymurov tərəfindən ov tüfəngi ilə öldürülən 1985-ci il təvəllüdlü Qamət Teymurov əvvəllər məhkumluq həyatı yaşayıb.
O, qəsəbə sakini Ayfər adlı şəxsi qətlə yetiribmiş.
Qamət azadlığa çıxandan sonra mərhum Ayfərin qardaşı onu ov tüfəngi ilə yaralayıb. Bu səbəbdən Qamət bir müddət xəstəxanada da müalicə olunub.
Qonşuların bildirdiyinə görə, iki qardaş arasında münaqişə isə Qamətin içki aludəçisi olması səbəbindən baş verib. Onların davası zamanı Qismət qardaşı Qaməti birgə yaşadıqları evdə ov tüfəngi ilə qətlə yetirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.
Qismət Teymurov saxlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMİDA-da ev almaq adı ilə vətəndaşların külli miqdarda pulları mənimsənildi
Vətəndaşlara MİDA-dan ev almaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
KriminalDaşkəsəndə 65 yaşlı qadına zorakılıq edilməsi iddiası ilə bağlı cinayət işi başlanıb
Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiya paylaşılıb.
KriminalMəktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KriminalXaçmazda külli miqdarda narkotik aşkarlandı: İki nəfər həbs edildi - FOTO - VİDEO
Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.