
Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə görə, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Cəsur Fərəcov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
İttihama görə, hadisə 2025-ci il mayın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı orta məktəbin binasında qeydə alınıb.
Belə ki, Cəsur Fərəcov gözətçi kimi çalışdığı məktəbin dəhlizində direktor müavini T.T. ilə yüksək səslə söyüş və təhqiredici ifadələrlə müşayiət olunan mübahisə edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.
Hadisə zamanı onun qanunsuz davranışlarının qarşısını almaq məqsədilə məktəbdə xadimə işləyən zərərçəkmiş Sənanə Səfərova (adı və soyadı şərtidir) mübahisəyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə və vəziyyəti nəzarət altına almağa çalışıb. Qadın bu məqsədlə direktor müavinini xidmət otağına aparıb. Lakin təqsirləndirilən şəxs aqressiv davranışlarını davam etdirərək həmin otağa daxil olub və orada da ictimai qaydanı pozan hərəkətlərini davam etdirib.
İstintaqla müəyyən edilib ki, Cəsur zərərçəkmiş şəxsin sağ qol nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Nəticədə Sənanə Səfərova sağ bazu oynağında hərəkətin çətinləşməsinə səbəb olan yumşaq toxumaların şişkinliyi və qançırdan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alıb.
Beləliklə, Cəsur Fərəcovun hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMİDA-da ev almaq adı ilə vətəndaşların külli miqdarda pulları mənimsənildi
Vətəndaşlara MİDA-dan ev almaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
KriminalDaşkəsəndə 65 yaşlı qadına zorakılıq edilməsi iddiası ilə bağlı cinayət işi başlanıb
Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiya paylaşılıb.
KriminalŞağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR
Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatı məlum olub.
KriminalXaçmazda külli miqdarda narkotik aşkarlandı: İki nəfər həbs edildi - FOTO - VİDEO
Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.