
Ekspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"
Almaniyanın sahil sularında dayazlıqda sıxışıb qalan, daha sonra Şimal dənizinə buraxılan "Timmi" ləqəbli qozbel balinanın öldüyü ehtimal olunur.
Almaniyanın sahil sularında dayazlıqda sıxışıb qalan, daha sonra Şimal dənizinə buraxılan "Timmi" ləqəbli qozbel balinanın öldüyü ehtimal olunur.
Gundem.today xəbər verir ki, bu barədə "Der Spiegel" Ştralzund Dəniz Muzeyinin əməkdaşlarının açıqlamasına istinadən məlumat yayıb.
"Çox güman ki, qozbel balina artıq həyatda deyil. Ehtimal etmək olar ki, kəskin dərəcədə zəifləmiş heyvanın dərinliklərdə uzunmüddətli üzgüçülük üçün yetərli enerjisi qalmayıb və o tələf olub", - deyə muzey nümayəndələri qeyd ediblər.
Ekspertlər onu da əlavə ediblər ki, heyvan mayın 2-də Şimal dənizinə buraxıldıqdan bəri onun vəziyyəti və koordinatları barədə heç bir məlumat daxil olmayıb. Mütəxəssislər balinanın xilasetmə əməliyyatına qatılan könüllülərə müraciət edərək, "Timmi"nin bədəninə quraşdırılmış GPS cihazlarından dəqiq məlumatları təqdim etmələrini xahiş ediblər.
Qeyd edək ki, qozbel balina "Timmi" Almaniya sularında bir ay dayazlıqda qaldıqdan sonra mayın 2-də Şimal dənizinə buraxılıb. İki sahibkar heyvanın daşınması məqsədilə lazım olan barjanın xərclərini maliyyələşdirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMəsud Pezeşkian ilə SEPAH arasında gərginlik yaşanır?
"İran Prezidenti Məsud Pezeşkian və ölkənin Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlər mövcud deyil".
DünyaRəsmi Tehran: "Hücum olarsa, cavab sarsıdıcı olacaq"
Son günlərdə İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.
Dünyaİran Hörmüz boğazından keçid üçün yeni mexanizm tətbiq edib
İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.
DünyaQazaxıstan Rusiyadan enerji asılılığını dayandırır
Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.