
Rəsmi Tehran: "Hücum olarsa, cavab sarsıdıcı olacaq"
Son günlərdə İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.
Son günlərdə İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.
Gundem.today xəbər verir ki, bu barədə İran ordusunun "Xətəm əl-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari açıqlama verib. O bildirib ki, rəsmi Tehran Əmirliklərin istənilən təcavüzünə qətiyyətlə cavab verməyə hazırdır.
"İran İslam Respublikasının hərbi qüvvələri son günlər ərzində BƏƏ-yə qarşı raket və PUA əməliyyatları aparmayıb. Belə bir addım atılmış olsaydı, bunu açıq və rəsmi şəkildə elan edərdik. Buna görə də həmin ölkənin Müdafiə Nazirliyinin yaydığı hesabat tamamilə təkzib olunur və heç bir əsası yoxdur. Əgər BƏƏ ərazisindən İran sahillərinə, limanlarına və ya adalarına qarşı hər hansı bir hərbi hücum cəhdi olarsa, Tehran tərəfi buna sarsıdıcı şəkildə cavab verəcək", - deyə Zülfüqari açıqlamasında qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMəsud Pezeşkian ilə SEPAH arasında gərginlik yaşanır?
"İran Prezidenti Məsud Pezeşkian və ölkənin Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlər mövcud deyil".
DünyaEkspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"
Almaniyanın sahil sularında dayazlıqda sıxışıb qalan, daha sonra Şimal dənizinə buraxılan "Timmi" ləqəbli qozbel balinanın öldüyü ehtimal olunur.
Dünyaİran Hörmüz boğazından keçid üçün yeni mexanizm tətbiq edib
İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.
DünyaQazaxıstan Rusiyadan enerji asılılığını dayandırır
Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.