
Futbolda böyük skandal: UEFA hakimi yeniyetməyə təcavüz şübhəsi ilə saxlanıldı
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüz şübhəsi ilə Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüz şübhəsi ilə Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gundem.today "The Sun" nəşrinə istinadən xəbər verir ki, insident otellərin birində qeydə alınıb.
İttiham olunan şəxs ictimai zonada yeniyetmə ilə söhbətə başlayıb, ardınca isə ona toxunmağa və aldadaraq öz otağına aparmağa cəhd göstərib.
Qeyd edək ki, hadisə barədə polisə zərərçəkmişin özü və ya onun tanışı xəbər verib. Diqqətçəkən məqam odur ki, hakim oteli tərk edərək avrokubok çərçivəsində matçı idarə edib, lakin geri qayıtdıqdan sonra UEFA nümayəndələrinin iştirakı ilə həbs olunub. Dindirilmə prosesindən sonra o, girov müqabilində sərbəst buraxılıb.
Adı açıqlanmayan bu hakim 2026-cı il dünya çempionatının oyunlarına təyinat alan hakimlər siyahısında yer alırdı. FIFA rəsmiləri bəyan ediblər ki, istintaq tam başa çatana qədər həmin şəxs onların bayrağı altında keçirilən heç bir yarışda iştirak etməyəcək. UEFA da yaranmış vəziyyətlə bağlı "dərin narahatlığını" ifadə edərək hakimi dərhal oyunlardan kənarlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Çelsi"nin yeni baş məşqçisi kim olacaq? - Əsas namizədlərin siyahısı
"Çelsi"nin yeni baş məşqçisi postuna iddialı namizədlərin siyahısı məlum olub.
İdmanDünya çempionatına 44 gün qaldı: BOSNİYA və HERSEQOVİNA - "Zmajevi" - VİDEO
Bosniya və Herseqovina millisi ("Zmajevi" - Əjdahalar) Balkan futbolunun ən inadkar və texniki kollektivlərindən biridir. 2026-cı il dünya çempionatında yer alan bosniyalılar, xüsusilə İtaliyanı pley-off mərhələsində kənarda qoyaraq turnirə vəsiqə qazanmaqla bütün dünyanın diqqətini özlərinə çəkiblər.
İdmanÇempionlar Liqasında yarımfinal həyəcanı: PSJ "Bavariya"ya qarşı
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.
İdmanNəhəng qarşılaşma gəlir: Fyuri ilə Coşua üz-üzə
Ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri 2026-cı ilin sonunda həmyerlisi, WBO, WBA və IBF çempionu Entoni Coşua ilə döyüşəcək.