
İran Hörmüz boğazı üçün xüsusi rejim hazırlayır
"İran hökuməti qlobal geosiyasi əhəmiyyətə malik olan Hörmüz boğazı ilə bağlı xüsusi qaydalar rejimi tətbiq etmək niyyətindədir".
"İran hökuməti qlobal geosiyasi əhəmiyyətə malik olan Hörmüz boğazı ilə bağlı xüsusi qaydalar rejimi tətbiq etmək niyyətindədir".
Gundem.today xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.
"Hörmüz boğazı dövlətimizin xüsusi mülkiyyəti hesab olunur. Müxtəlif dövlətlərlə qarşılıqlı əlaqələrdə təsir aləti kimi çıxış edən hər bir mülkiyyət kimi, onun üçün də spesifik bir rejim formalaşdırılmalıdır", - deyə Mühacirani diqqətə çatdırıb.
Onun sözlərinə görə, İslam Respublikası Hörmüz boğazı üzərindəki suverenlik məsələsində ölkənin milli maraqlarının qorunması məqsədilə bütün lazımi vasitələrdən istifadə edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarla İran arasındakı münaqişənin yekunlaşmaq üzrə olduğunu, lakin hələ tam bitmədiyini bəyan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: ABŞ ordusu blokadanı keçməyə çalışan səkkiz tankeri saxlayıb
ABŞ ordusu İranın dəniz blokadasının başlanmasından bəri bu ölkənin limanlarına daxil olmağa və çıxmağa cəhd edən səkkiz neft tankerini ələ keçirib.
DünyaDonald Trampın qolf klubunun yaxınlığında gəzən silahlı şəxs həbs edilib - FOTO
Polis Los-Ancelesin prestijli ərazisində, ABŞ Prezidenti Donald Trampın qolf klubunun yaxınlığında ağır silahlanmış vəziyyətdə dolaşan Şon Ştayneri həbs edib.
DünyaABŞ dron istehsal xərclərini 242 dəfə artırmağı planlaşdırır
ABŞ Hərb Nazirliyi (Pentaqon) tərkibində fəaliyyət göstərən Avtonom Döyüş Sistemləri Qrupu (DAWG) rəhbərlikdən öz maliyyələşməsinin 242 dəfə çoxaldılmasını istəyib.
Dünyaİsrail ordusu "Hizbullah"a zərbələr endirdi - FOTO
İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.