
İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrə dəyən ziyan AÇIQLANDI
"İşğaldan azad olunmuş ərazilərdə 434 abidəyə ümumilikdə 700 milyon manatdan çox maddi ziyan dəyib".
"İşğaldan azad olunmuş ərazilərdə 434 abidəyə ümumilikdə 700 milyon manatdan çox maddi ziyan dəyib".
Gundem.today xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli bu gün Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda 3-cü Forumun panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə 705 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülüb:
"Abidələr üzərində monitorinq aparılıb. 575 abidənin monitorinqi yekunlaşıb. Məlum olub ki, bu abidələr vandalizmə məruz qoyulub, dağıntılar törədilib. 68 abidə tamamilə yer üzündən silinib. 114 abidə dağıntılara məruz qoyulub.
Tarixi abidələrə dəyən maddi ziyan da hesablanıb. Məlum olub ki, 434 abidəyə ümumilikdə 700 milyon manatdan çox ziyan dəyib.
Eyni zamanda bu siyahıya daxil olmayan vaxtilə aparılan monitorinq nəticəsində 212 tarixi memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər qeydə alınıb. 2025-ci ildə 44-ü siyahıya əlavə olunub.
Siyahıda olan 130-dan çox abidənin monitorinqi həyata keçirilə bilməyib. Bunun əsas səbəbi də mina təhlükəsi ilə bağlıdır.
Abidələrin qorunması üçün işğaldan azad olunmuş ərazilərdə tikinti işləri ilə bağlı 700 layihəyə rəy verilib. Baş planları təsdiq olunan şəhərlər ilə bağlı abidələrin qorunması üçün mühafizə zolaqları yaradılıb. 1000-dən çox abidənin mühafizə zolağı təşkil olunub".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT
"NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər."
CəmiyyətXRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
CəmiyyətXRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
CəmiyyətWUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib".