
İsraildə qeyri-adi qəza: Paraşütçü yüksəkgərginlikli elektrik xəttindən asılı qaldı - VİDEO
İsraildə paraşütçü yüksəkgərginlikli elektrik xətlərində ilişib qalıb.
İsraildə paraşütçü yüksəkgərginlikli elektrik xətlərində ilişib qalıb.
Gundem.today İz.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli "Telegram" kanallarında məlumat verilib.
Məlumata əsasən, hadisə Arava bölgəsində baş verib. İsrailli şəxs paraşütlə tullanarkən idarəetməni itirərək yüksəkgərginlikli elektrik ötürücü xətlərinə çırpılıb və orada ilişib qalıb. Energetiklər paraşütçünü cərəyan vurmaması üçün ərazidə elektrik enerjisinin verilişini operativ şəkildə dayandırıblar.
Hadisə yerinə dərhal xilasetmə xidmətləri cəlb olunub və çətin vəziyyətdə qalan şəxs xilas edilib. Qəribə qəza ilə üzləşən kişi helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıGündə nə qədər makaron yemək olar?
Rusiyalı endokrinoloq-diyetoloq Anton Polyakov sağlamlığa zərər vermədən gündə nə qədər makaron yemək lazım olduğunu açıqlayıb.
MaraqlıAlimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar
Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir.
MaraqlıRusiyalı rejissorun yoxa çıxan "Oskar" mükafatı tapıldı
Frankfurt hava limanında rusiyalı rejissor Pavel Talankinə məxsus "Oskar" mükafatı tapılıb.
MaraqlıPutinlə bağlı filminə görə aldığı "Oskar"ı itirdi
Məşhur "Cənab heç kim Putinə qarşı" sənədli filminin yaradıcılarından biri Pavel Talankinə aid "Oskar" mükafatı yoxa çıxıb.