Son dəqiqə
Gündə nə qədər makaron yemək olar?Bolqarıstan parlamentinin iclaslarında it iştirak edəcəkSon 100 ildə insan kəlləsinin forması kəskin dəyişibİsraildə qeyri-adi qəza: Paraşütçü yüksəkgərginlikli elektrik xəttindən asılı qaldı - VİDEOHər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırmaOyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Son 100 ildə insan kəlləsinin forması kəskin dəyişib
Son 100 ildə insan kəlləsinin forması kəskin dəyişib
Dünya

Son 100 ildə insan kəlləsinin forması kəskin dəyişib

Bu gün
06:34
0 baxış
Paylaş:

Son bir əsr ərzində insan kəlləsinin formasında nəzərəçarpacaq dəyişikliklər baş verib. XX əsrin əvvəllərində yaşamış şəxslərlə müasirlərimizin baş quruluşunu müqayisə edən yapon tədqiqatçılar bu qənaətə gəliblər.

Son bir əsr ərzində insan kəlləsinin formasında nəzərəçarpacaq dəyişikliklər baş verib. XX əsrin əvvəllərində yaşamış şəxslərlə müasirlərimizin baş quruluşunu müqayisə edən yapon tədqiqatçılar bu qənaətə gəliblər.

Gundem.today xəbər verir ki, elmi işin nəticələri "American Journal of Biological Anthropology" (AJBA) jurnalında dərc edilib.

Mütəxəssislər 1900-1920-ci illərdə vəfat etmiş insanların kəllə sümüklərinin kompyuter tomoqrammalarını təhlil edərək, onları 2022-2024-cü illərdə dünyasını dəyişmiş müasir yaponların skan məlumatları ilə tutuşdurublar. Dəqiq nəticələr əldə etmək üçün üçölçülü modellər üzərində 161 anatomik nöqtədən istifadə olunub. Məlum olub ki, yüz il ərzində kəllə sümüyü daha dairəvi forma alıb: başın uzunsov forması müasir insanlara daha az xasdır. Bununla yanaşı, üz cizgiləri də fərqlənib - yanaq sümükləri daralıb, üst çənə genişlənib, burun isə daha incə və qabarıq olub. Həmçinin, alimlər alın nahiyəsinin qısaldığını və qulaqarxası sümük çıxıntılarının böyüdüyünü qeyd ediblər.

Tədqiqat qrupunun rəhbəri Şiori Usuinin sözlərinə görə, bu cür dəyişikliklər təkamüllə izah edilə bilməyəcək qədər sürətlə baş verib. Çox güman ki, bu hallar həyat tərzi ilə əlaqədardır: uşaqlıq dövründə qidalanmanın və səhiyyənin yaxşılaşması, habelə daha az çeynəmə səyi tələb edən və üz sümüklərinin formalaşmasına təsir göstərən yumşaq qidalara keçid mühüm rol oynayıb. Kişilər və qadınlar arasındakı fərqlərin artması isə tədqiqatın gözlənilməz nəticəsi olub. Qadınlarla müqayisədə kişilərdə qaşüstü qövslər daha qabarıq, sümük çıxıntıları daha böyük, üz isə daha nəzərəçarpan şəkil alıb. Bu isə həyat tərzinin yaxınlaşmasının bu cür fərqləri aradan qaldırmalı olduğu barədəki fərziyyə ilə ziddiyyət təşkil edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#insan_kəlləsi#kəllə_sümüyünün_forması#anatomiya#yapon_alimləri#elmi_tədqiqat#üz_sümükləri#həyat_tərzi#qidalanma#kompyuter_tomoqramması#antroplogiya

Oxşar Xəbərlər

Bolqarıstan parlamentinin iclaslarında it iştirak edəcəkDünya

Bolqarıstan parlamentinin iclaslarında it iştirak edəcək

Bolqarıstan parlamentinin iclaslarında qeyri-adi bir iştirakçı - "Rover" adlı bələdçi it yer alacaq. Labrador cinsindən olan bu it görmə məhdudiyyətli deputat İvan Yanevə həm komitə, həm də plenar iclaslarda yoldaşlıq edəcək.

Bu gün
07:060
Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırmaDünya

Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırma

Gənclər arasında bağırsaq xərçəngi hallarının artması qida rasionunda südün azaldılması ilə bağlı ola bilər. Belə ki, bu qidadan uzaq durmaq xəstəliklərdən qorunmaq üçün mühüm əhəmiyyət kəsb edən kalsiumun səviyyəsini aşağı salır.

Bu gün
05:320
Fransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıbDünya

Fransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıb

Fransanın mərkəzi hissəsində yerləşən Burj kommunası yaxınlığındakı hərbi təlim poliqonuna minlərlə insan açıq havada əyləncə məclisi təşkil etmək məqsədilə toplaşıb.

Bu gün
04:360
Mesajlaşma niyə anlaşılmazlığa səbəb olur?Dünya

Mesajlaşma niyə anlaşılmazlığa səbəb olur?

Həssas və çətin mövzuların yazışma vasitəsilə həll edilməsi, canlı ünsiyyətlə müqayisədə daha çox anlaşılmazlıq və münaqişəyə səbəb olur.

Bu gün
02:360