
İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI
İtaliya vergi orqanları "Formula-1" pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.
İtaliya vergi orqanları "Formula-1" pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.
Gundem.today-ın "RacingNews365"ə istinadən verdiyi məlumata görə, idmançılar ölkə ərazisində baş tutan Qran-pri yarışlarından əldə etdikləri gəlirlərə görə əlavə vergi ödəməli ola bilərlər.
Nəşrin məlumatına əsasən, İtaliyanın maliyyə polisi artıq hərəkətə keçərək pilotlara xüsusi məktublar göndərib. Onlardan 2025-ci il üçün vergi bəyannamələrini təqdim etmək və hakimiyyət orqanları ilə şəxsən, yaxud nümayəndə vasitəsilə əlaqə saxlamaq tələb olunur. Bununla yanaşı, İtaliya tərəfi əvvəlki illər üzrə vergi qanunvericiliyinə necə əməl olunduğunu da dərindən yoxlamaq niyyətindədir.
İtaliya qanunlarına görə, ölkə ərazisindəki yarışlarda iştirak edən əcnəbi idmançılar burada qazandıqları gəlirlərdən mütləq vergi ödəməlidirlər. Lakin indiyədək bu qaydanın tətbiqində ardıcıllığın olmaması hazırkı genişmiqyaslı yoxlamalara əsas səbəb kimi göstərilir.
Gəlirlərin dəqiq mənzərəsini yaratmaq məqsədilə vergi orqanlarının pilotların müqavilələrinə və sponsorluq sazişlərinə çıxış tələb edəcəyi bildirilir. Əgər ödənilməyən verginin məbləği 50 min avronu keçərsə, bu, artıq cinayət əməli kimi tövsif oluna bilər. Üstəlik, qayda pozucularını borcla yanaşı, olduqca iri məbləğdə cərimələr də gözləyir.
Qeyd edək ki, son illərdə "Formula-1" yarışları İtaliyanın üç fərqli trasında - Montsa (İtaliya Qran-prisi), İmola (Emiliya-Romanya Qran-prisi) və 2020-ci ildə Muccelloda (Toskana Qran-prisi) keçirilib. İtaliya Hesablama Palatası hər üç əyalətdə müvafiq yoxlamaların aparılması barədə xüsusi tapşırıq verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanBakı yenidən UFC həyəcanına ev sahibliyi edəcək: Yeni müqavilə imzalandı - FOTO
UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
İdman"Qarabağ" intizamı pozan Elvin Cəfərquliyevi satışa çıxarıb? - AÇIQLAMA
Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı qərar verilib.
İdmanMatviyenko Azərbaycan millisinə məşqçi təyin edildi - FOTO
Azərbaycanın bədii üzgüçülük komandasına yeni məşqçi cəlb olunub.
İdmanDaha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada Avropa çempionatında mübarizəyə başlayacaq.