Son dəqiqə
Tovuz və Şəmkirdə altı evdən 25 min manatlıq OĞURLUQ - Keçmiş məhkum saxlanıldı - VİDEOTanınmış professor işdən çıxdı - FOTOABŞ ordusu okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEOAzərbaycan nefti KƏSKİN UCUZLAŞDIBiləsuvarın bəzi hissələrində işıq olmayacaqYaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Kişi ondan borcunu tələb edən sevgilisini döydü: "Məni təhqir etdi"
Kişi ondan borcunu tələb edən sevgilisini döydü: "Məni təhqir etdi"
Kriminal

Kişi ondan borcunu tələb edən sevgilisini döydü: "Məni təhqir etdi"

Bu gün
09:08
0 baxış
Paylaş:

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə gecəyarısı paytaxtın Nəsimi rayonunda, küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.

Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib, onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib.

Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərərçəkmiş şəxslə 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə, Ülkərə 1 200 manat borcu olub və bu məbləği hissə-hissə ödəyirmiş.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə iaşə obyektində qarşılaşıb, daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə, zərərçəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə başına, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub.

Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Cinayət_Məcəlləsi#İctimai_asayişin_pozulması_(Xuliqanlıq)#Amnistiya_(əfv_fərmanı)#Nalayiq_ifadələr

Oxşar Xəbərlər

Azərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldıKriminal

Azərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldı

Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.

Bu gün
00:480
Azərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSUKriminal

Azərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.

Bu gün
18:360
"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaqKriminal

"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq

Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu gün
17:460
Tiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədiKriminal

Tiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
17:200