
Kubada enerji böhranı: 100 mindən çox xəstə əməliyyat gözləyir
Kubada yaşanan enerji böhranı ölkədə həyatın bütün sahələrinə mənfi təsir göstərib.
Kubada yaşanan enerji böhranı ölkədə həyatın bütün sahələrinə mənfi təsir göstərib.
Gundem.today "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici ticarət və xarici investisiyalar naziri Oskar Peres-Oliva Fraqa bildirib.
Məlumata görə, elektrik çatışmazlığı səbəbindən xəstəxanalarda əməliyyatların aparılması çətinləşib. Hazırda ölkədə 100 mindən çox xəstə əməliyyat növbəsindədir, onlardan 11 mindən çoxu uşaqdır.
Qeyd olunur ki, Kubada gündəlik elektrik kəsintiləri müşahidə edilir. Bu vəziyyət ərzaq istehsalı, daşınması və saxlanmasına, həmçinin su təchizatı sistemlərinin fəaliyyətinə ciddi maneələr yaradır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində lüks avtomobil markası müflis oldu
Çində lüks avtomobil markası "BeyonCa" müflis olduğunu elan edib.
DünyaBiz kimik? - Alimlər insanın genetik mənşəyinə dair yeni iddia ortaya qoydular
Müasir insanların genomunun təxminən beşdə bir hissəsinin bir milyon ildən çox əvvəl insanın təkamül xəttindən ayrılmış naməlum qədim hominindən gəlmiş ola biləcəyi müəyyən edilib. Bu nəticəyə Yuta Universitetinin alimləri gəliblər.
DünyaElektrikli avtomobillər üçün inqilab: Bir dolumla min kilometr qət etmək mümkün olacaq
Çindən olan tədqiqatçılar geniş temperatur diapazonunda litium batareyalarının səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuş yeni hər hava şəraitinə uyğun elektrolit təqdim ediblər.
DünyaHindistanda qadın bir gecədə milyonçu oldu, amma pulu geri verdi
Hindistanın Uttar-Pradeş ştatının Devqanc kəndində yaşayan bir qadın bank hesabında 100 milyon hind rupisi (1 milyon dollardan çox) olduğunu aşkar edib. Lakin o, pulların ona məxsus olmadığını bildirərək bu məbləğdən imtina edib.