
Magistraturanın ikinci cəhdində iştirak üçün müraciət edənlərin SAYI AÇIQLANDI
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.
Bu barədə Gundem.today-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 7 aprel saat 09:15-ə olan məlumata əsasən 4 252 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 3 808; rus bölməsi - 444).
"2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər.
Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək", - məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXocavənd şəhərinə daha 33 ailə yola salınıb
Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
CəmiyyətSükan arxasında telefonla danışan avtobus sürücüsü CƏZALANDIRILDI - FOTO - VİDEO
Bakıda avtobus sürücüsünün sükan arxasında telefonla danışması sərnişinlərin narahatlığına səbəb olub.
CəmiyyətPaytaxt ərazisində suçəkmə işləri davam etdirilir - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - 07.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.