
Sükan arxasında telefonla danışan avtobus sürücüsü CƏZALANDIRILDI - FOTO - VİDEO
Bakıda avtobus sürücüsünün sükan arxasında telefonla danışması sərnişinlərin narahatlığına səbəb olub.
Bakıda avtobus sürücüsünün sükan arxasında telefonla danışması sərnişinlərin narahatlığına səbəb olub.
Bu barədə Gundem.today-a şikayət daxil olub.
Qeyd olunub ki, 191 nömrəli xətt üzrə hərəkət edən 10-TG-118 dövlət nömrə nişanlı avtobusun sürücüsü metronun "Qara Qarayev" stansiyasının qarşısından Əmircan qəsəbəsinə kimi dayanmadan telefonla söhbət edib.
"Bu qədər yolu sürücü ancaq telefon qulağında sükanı idarə edib. Bu isə sərnişinlərin həyatını riskə atmaq deməkdir", - şikayətdə vurğulanıb.
Gundem.today-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, məsələ araşdırılıb və sürücüyə töhmət verilib:
"Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır. Sözügedən marşrut xətləri üzrə daşıyıcıya tərəfimizdən xəbərdarlıq edilib və sürücü barədə ölçü götürülməsi tapşırılıb. Sərnişindaşıma qaydalarını pozduğuna görə sürücüyə töhmət verilib".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMagistraturanın ikinci cəhdində iştirak üçün müraciət edənlərin SAYI AÇIQLANDI
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.
CəmiyyətPaytaxt ərazisində suçəkmə işləri davam etdirilir - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - 07.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Cəmiyyətİsveçrədə məzarlarla bağlı tətbiq olunan qayda müzakirələrə səbəb oldu - VİDEO
Məzar yerləri maksimum 20 il müddətinə icarəyə verilir. Bu müddət başa çatdıqdan sonra icarə haqqı ödənilməzsə, məzar daşı götürülür və həmin yer başqa şəxslərə təqdim olunur. Bu qayda İsveçrədə tətbiq edilir. Bu ölkədə ölüm və dəfn ənənələri bir çox ölkələrdən fərqli olması ilə diqqət çəkir.