
Meksikada ABŞ səfirliyinin iki əməkdaşı həlak olub - FOTO
ABŞ-nin Meksikadakı səfirliyinin iki əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirib.
ABŞ-nin Meksikadakı səfirliyinin iki əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirib.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ-nin həmin ölkədəki səfiri Ronald Conson "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bu qəzada iki ABŞ səfirliyinin əməkdaşının, Çivaua ştatının Dövlət Təhqiqat Agentliyinin (AEI) direktorunun və bir AEI əməkdaşının faciəli şəkildə həlak olmasından təəssüf hissi keçiririk. Onların dövrümüzün ən böyük problemlərindən birini həll etmək üçün göstərdikləri fədakarlığı və yorulmaz səylərini qiymətləndiririk", - deyə açıqlamada qeyd olunub.
"Fox News" telekanalının məlumatına görə, hadisə bazar günü ABŞ səfirliyinin işçiləri və onların meksikalı həmkarları Morelos ştatında gizli narkolaboratoriyaların məhv edilməsi üzrə genişmiqyaslı əməliyyatdan qayıdarkən baş verib. Məsələ ilə bağlı başqa təfərrüat verilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKonqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?
ABŞ Konqresinin üzvlərinə Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı riayət edilməsi vacib olan sərt etiket təlimatları təqdim edilib.
DünyaQazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildi
Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi (FMA) MDB məkanında fəaliyyət göstərən nəhəng qeyri-qanuni kriptovalyuta platforması olan "RAKS Exchange"in bağlandığını elan edib. Qeyd olunan təşkilat rəqəmsal vəsaitlərdən istifadə edərək pulların nağdlaşdırılması və qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə məşğul olub.
DünyaABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.
DünyaAvstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEO
Avstraliyanın Adelaida bölgəsinin Parafild hava limanında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.